Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-258/2025 10.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş MN № ******* saylı protokol baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, hazırki icra sənədi əvvəliki icra məmurunun icraatında olmuş, iş materiallarından aydın olmuşdur ki, borclu Şəxs Samux Rayon Məhkəməsinin 29.03.204-cü il tarixli icra sənədinin icra edilməsi barədə tələbin könüllü icrası barədə bildiriş göndərilməmiş və bu barədə heç bir xəbərdarlıq edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, Samux Rayon Məhkəməsinin 29.03.204-cü il tarixli icra sənədinin icra edilməsi ona bildiriş göndərilməmiş və bu barədə heç bir xəbərdarlıq edilməmişdir. O, həmin icra sənədindən məlumatsız olmuşdur. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, protokol və ona əlavə edilmiş sənədlər natamam olduğu üçün Samux Rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Samux Rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-258/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-258/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver