Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-261/2023 23.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədov Camal Elçin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Samux Rayon Polis X5 Xidmətinin polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1969-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Avtozavod qəsəbəsində qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Samux Rayon Polis Şöbəsi YPX-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis X5 Xidmətindən X2 Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. X2 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə VAZ 2107 markalı 34BC235 dövlət qeydiyyat nişanlı avtomobili Samux rayonu ərazisində, alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, Samux rayonu Alıuşağı kəndi yolunda X2 idarə etdiyi VAZ 2107 markalı, 34BC235 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün İXM-nin 327.1-ci maddəsinin tələblərini pozması səbəbilə saxlanılmışdır, bu zaman sürücüdən spirtli içkinin qoxusu gəldiyindən xüsusi texniki vasitə ilə onun alkoqollu olub-olmaması yoxlanılmış və nəticədə onun alkoqollu olduğu müəyyən edilmişdir. Ona görə də X2 İXM-nin 333.1-ci maddəsinin tələblərini pozması barədə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 bildirdi ki, spirtli içkini polis əməkdaşı onu yolda saxladığı gündən iki gün öncə, övladının xoş günü münasibətliə keçirilən tədbirdə qəbul etmişdir. Hesab edir ki, polis tərəfindən yolda saxlanıldığı gün onda alkoqolun təsiri qalmamışdır. Məhkəmədən onun barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbehə alternativ olan tənbehin seçilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş video görüntüdən görünür ki, X2 alkoqollu olub-olmamasının müəyyən edilməsi üçün o, xüsusi texniki vasitə ilə müayinədən keçirilmiş, nəticədə onun qanında alkoqolun konsentrasiyasının 0,314 promilli olduğu müəyyən edilmişdir. Şəxs tibbi müayinədən keçirilməsinə zərurət olubolmadığı soruşulduqda o, tibbi müayinədən keçməsinə zərurət olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeydinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, X3 xx.xx.2023-cü il tarixdə VAZ 2107 markalı 34BC235 dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan X2 Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Samux RPŞ-nin YPX-nin polis serjantı O.Qasımov tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnizibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, X3 törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhər İcra İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-261/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-261/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver