Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-261/2025 12.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Göygöl rayonunda doğulmuş, orta təhsilli, evli, işləməyən, Samux rayonu Qarabağlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X11 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə 12 mart 2025-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X11 izahat verərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2104/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 9000 manat məbləğində pul və iddiaçı tərərfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 116 manat məbləğində pul cavabdehlər X7, X8, X9, X4 və X1 birgə qaydada alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə borcunu qərəzli şəkildə ödəmir, hazırda ödənilməli olan 9116 manat məbləğdən heç bior ödəniş olunmayıb. Borclu icra sənədini icra etməkdən boyun qaçırır, ona görə də Şəxs inzibati məsuliyyətə cəlb ediməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, maddi durumunun pis olması səbəbilə icra sənədi üzrə borcunu ödəyə bilməmişdir, qanunun tələbinə uyğun qərar qəbul edilməsinə etirazı yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2104/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin surətindən görünür ki, 9000 manat məbləğində pul və iddiaçı tərərfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 116 manat məbləğində pul cavabdehlər X7, X8, X9, X4 və X1 birgə qaydada alınaraq, iddiaçı X5 verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2104/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. Samux Rayon Məhkəməsinin 8(058)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2104/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra olunanadək xx.xx.1976-cı il tarixdə Samux rayonu Qarabağlar kəndində doğulmuş və Samux rayonu Qarabağlar kəndində qeydiyyatda olan X9, xx.xx.1996-cı il tarixdə Samux rayonu Qarabağlar kəndində doğulmuş və Samux rayonu Qarabağlar kəndində qeydiyyatda olan X7, xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində doğulmuş və Samux rayonu Çobanabdallı kəndində qeydiyyatda olan X6, xx.xx.1967-ci il tarixdə Samux rayonu Qarabağlar kəndində doğulmuş və Samux rayonu Qarabağlar kəndində qeydiyyatda olan Şəxs, xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində doğulmuş və Samux rayonu Qarabağlar kəndində qeydiyyatda olan X2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. xx.xx.2025-ci tarixli aktdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2104/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini təmin etmə məqsədi ilə borclu Şəxs Samux rayonu Qarabağlar kəndində olan evinə baxış keçirilmiş, borclunun yaşadığı evdə tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və özünün ifadəsi ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2104/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə müəyyən olunmuş borc məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş, 9116 manat borcdan heç bir ödəniş etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X11 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 14:25-dən hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-261/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-261/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver