Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-262/2023 15.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, Samux Rayon Polis Şöbəsinin polis mayoru X2 17 oktyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: X1 Rayon Polis Şöbəsinin polis mayoru X2 17 oktyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmalıdır. Şikayət verilmiş qərar 17 oktyabr 2023-cü il tarixdə qəbul olunsa da X3 qərarın qəbul edildiyi vaxtdan bir aya yaxın vaxt keçdikdən sonra həmin qərardan şikayət vermişdir. Şikayətdə X.Cəfərov sözügedən qərarın surətini 24 oktyabr 2023-cü il tarixdə aldığını, həmin qərardan şikayəti 25 oktyabr 2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə verdiyini və şikayətinin məhkəmənin qərardadı ilə geri qaytarıldığını qeyd etmişdir. Beləliklə aydın olur ki, X.Cəfərov inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə izah edir ki, şikayətçi qərarın surətini rəsmi qaydada aldığı vaxtdan 10 gün müddətində həmin qərardan məhkəməyə şikayət verə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Samux Rayon Polis Şöbəsinin polis mayoru X2 17 oktyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-262/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-262/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver