Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-262/2025 19.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Samux rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayonu, Nəbiağalı qəsəbə sakini Şəxs xüsusi icazəsi olmadığı halda mülkü ov silahı saxlama aşkar edilmiş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Samux rayon Polis şöbəsinin nümayəndəsi və Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, lakin onlar üzürlü səbəb olmadan məhkəməyə gəlməmişlər və yaxud işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişlər. İşə əlavə edilmiş 11 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan, ona əlavə olunmuş 11 fevral 2025-ci il tarixli raportdan, həmin tarixli aktdan və izahatdan görünür ki, İTB-nin sahənin polis nəfəri, polis baş serjantı Qənbər Həsənov ilə birlikdə Samux rayon, Nəbiağalı qəsəbəsində yaşayan xx.xx.1995-ci il təvəllüdlü Şəxsda müvafiq sənədi olmayan 1 ədəd “Toz” markalı 1 lüləli, 16 çaplı 6023 nömrəli mülki ov silahı aşkar etmişlər və Şəxs mülkü silahla birlikdə növbətci hissəyə təhvil vermişlər. Beləliklə, Şəxs İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan digər sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İXM-in 590.2-ci maddəsinə əsasən maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə, silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat cərimə edilsin. Samux rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd 1 ədəd “Toz” markalı 1 lüləli, 16 çaplı 6023 nömrəli ov tüfəngi müsadirə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-262/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-262/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver