Məhkəmə qərarları › İş №3(058)-263/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-263/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-263/2024 29.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 21 oktyabr 2024-cü il tarixli, MN1068408 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, m ü ə y y ə n e t d i: X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 21 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə İnzibati Xətalar Məcəlləsinin 210.1ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərardan X3 şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayət aidiyyatı qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, X1 rayonu ərazisində qeydiyyatda deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 21 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar