Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-265/2024 23.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol idarəsi tərəfindən tərtib olunmuş 16 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol idarəsi tərəfindən tərtib olunmuş 16 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanının tələbinin pozulmasına görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. O, hər hansı yol nişanının tələblərini pozmamışdır. Yol nişanının tələbi pozulan inzibati xətalara dair işlərdə elektron kabinetə yerləşdirlən fotoşəkillərdə konkret olaraq yolda hansı nişanın olması və həmin nişanın tələbinin sürücü tərəfindən pozulması açıq şəkildə əks olunur. Elektron kabinetə əlavə olunmuş fotoşəkillərdən də göründüyü kimi, fotoşəkildə hər hansı yol nişanı və onun pozulması halı əks olunmamışdır. Əməlində yol nişanının tələbinin pozulmasına dair inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X2 barəsində tərtib edilmiş 16 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarımışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X2 şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X2 təqsiri təsdiq olunur. Beləliklə də, X2 barəsində tərtib edilmiş 16 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol idarəsinin 16 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol idarəsinin 16 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol idarəsinin 16 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-265/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-265/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver