Məhkəmə qərarları › İş №3(058)-265/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-265/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-265/2025 01.04.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X15 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis baş leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri, Sabunçu rayon, Zabrat qəsəbəsi S.Cəfərov küçəsi 8-də qeydiyyatda olan Samux rayon, Sərkar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Samux rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 01 aprel 2025-ci il tarixdə Samux rayon Polis şöbəsində mübahisə zamanı polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini davam etdirərək, ictimai qaydanı açıq şəkildə pozmağa davam etmişdir. Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Samux rayon Polis şöbəsinin İTB-in sahə rəisi polis baş leytenantı X11 inzibati protokoldakı xüsusatları təsdiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 2024-cü il may ayından onun işinə Samux rayon İcra və Probasiya şöbəsində baxılmır. O, Samux rayon İcra və Probasiya şöbəsinin rəisi X6 və polis əməkdaşlarına əsəbi olduğu üçün səsini yüksəltmiş, ama heç kimi təhqir etməmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon İcra və Probasiya şöbəsinin rəisi X8 bildirdi ki, 01 aprel 2025-ci il tarixdə saat 11:00 radələrində Şəxs icra işinin icrası ilə bağlı otaqa daxil olaraq səsini ucadan qaldıraraq, otaqda ona nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. O, dəfələrlə Şəxs nizam intizama dəvət etmiş, lakin Şəxs buna əməl etməmişdir. Bu zaman polis əməkdaşlarına zəng edərək akt tərtib etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 bildirdi ki, Şəxs üzünü görməmiş otaqda olmuşdur. Şəxs Samux rayon İcra və Probasiya şöbəsinin rəisi X3 otaqında səy küy saldıqını mübahisə etdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə regional mühafizə idarəsinin əməkdaşı X7 bildirdi ki, Şəxs saat 11:00 radələrində Samux rayon İcra və Probasiya şöbəsinə gələrək, birbaşa rəis Asiman Quliyevin otağına daxil olmuş və ona qarşı yüksək səslə nalayiq ifadələr işlətmişdir. X8 onu nizam intizama dəvət etmiş, lakin Şəxs öz hərəklərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin polis serjantı X4 bildirdi ki, Samux rayon mərkəzində xidmətdə olarkən bir nəfər şəxsi məhkəmənin qarşısında səs küy saldıqı barədə məlumat almışlar və növbətci hissənin göstərişi ilə məhkəmənin qarşısına gəlmişlər. Şəxs nizam intizama dəvət etmişlər, lakin Şəxs buna əməl etmədən yenə də öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra onlar Şəxs Samux rayon Polis şöbəsinə aparmışlar, polis şöbəsində də sonuncu onların qanuni tələblərinə məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin polis serjantı X9 eyni məzmunlu izahat verərək, X1 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdi. Şəxs ictimai yerdə polis əməkdaşının haqlı iradına baxmayaraq, əsassız mübahisə yaratması və bu zaman ictimai qaydanın mühafizəsi üzrə öz vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol, özünün etiraf edici ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddsi ilə nəzərdə tutulmuş inzibati xətanın baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə ona İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, habelə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar