Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-266/2025 03.04.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X2, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsi tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun ləğv edilməsi barədə X3 tərəfindən verilmiş ərizəyə baxaraq müəyyən etdi: X1 şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsi tərəfindən tərtib edilmiş İXP ******* nömrəli protokolun ləğv edilməsi barədə ərizə ilə Samux Rayon Məhkəməsinə müraciət etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci ildə Gəncə şəhər Baş polis idarəsinin ikinci polis bölməsinin Cinayət axtarış əməkdaşları tərəfindən Gəncə şəhər ərazisində saxlanılmış və şöbəyə dəvət olunmuşdur. Narkoloji müayinədən keçmək üçün, narkoloji dispanserə aparılmıdır. 13 yanvar 2025-ci il tarixli 143/2025 nömrəli sərxoşluq həddinin tibbi müayinəsi aktının nəticələrinə uyğun olaraq, barəsində İXM1000 206 və 333-1.1 maddələri ilə protokol tərtib edilərək, xx.xx.2025 ci ildə məhkəməyə təqdim edilmişdir və Gəncə şəhər məhkəməsinin xx.xx.2025 ci il tarixli 3(125)- 162/2025 saylı qərarına əsasən barəsində İXM 206-cı maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətində inzibati həbs qərarı verilmişdir. 15 gün inzibati həbs müddəti bitdikdən sonra azad olunmuş, bir neçə gündən sonra Daxili İşlər Nazirliyi tərəfindən aldığı SMS də görmüşdür ki, Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılmağına baxmayaraq, eyni iş üzrə ona yenidən DİN-nin DYP əməkdaşları tərəfindən protokol tərtib olunmuşdur (İXP 6818484) və ona 600 AZN məbləğində cərimə yazılmışdır. Halbuki o, saxlanılan zaman heç bir DYP əməkdaşının iştirakı olmamışdır. Daha sonra o, İXM 9.2-ci maddəsinə istinad edərək xx.xx.2025 ci il tarixində bu protokola xitam verilməsi ilə bağlı, ASANPAY tətbiqi vasitəsi ilə eyni zamanda poçt vasitəsilə Gəncə Şəhər Kəpəz Rayon ikinci Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Tural Hacıyevə məktubla müraciət etmişdir. xx.xx.2025-ci il tarixində şikayəti ilə bağlı Gəncə Şəhər Kəpəz Rayon ikinci Polis Şöbəsinə dəvət olunmuş və orada bir daha izahatı alınmış və ona bildirmişlər ki, məhkəməyə müraciət etməsi və məhkəmə haqqında tərtib olunmuş İXP ******* saylı protokola xitam versin. Barəsində tərtib olunmuş İXP ******* saylı protokola xitam verilməsini, Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il 3(125)-162/2025 nömrəli iş üzrə verdiyi qərara əsasən ona 15 sutka həbs cəzası verilmişdir və o, bu cəzanı çəkmişdir. İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə müvafiq olaraq bir inzibati xətaya görə heç kəs iki dəfə inzibati xətaya cəlb oluna bilməz. Barəsində tərtib olunmuş İXP ******* saylı protokolu əsassız hesab edir protokola xitam verilməsini xahiş etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol inzibati tənbeh verilməsini nəzərdə tutmur, yalnız ehtimal olunan inzibati xəta faktının sənədləşdirilməsindən ibarət olmaqla gələcəkdə inzibati xəta haqqında işə baxılarkən sübut növü kimi istifadə olunur. İnzibati Xətalar Məcəlləsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir (İXM-nin 124.2-124.4-cü maddələri). X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu protokol əsasında qəbul ediləcək qərarla razılaşmadığı halda ərizəçinin həmin qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə müraciət etmək hüququ yaranacaqdır. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Ərizəçi qanunda nəzərdə tutulduğu kimi inzibati tənbeh vermə haqqında qərarın yox, heç bir inzibati tənbeh tətbiq etməyən protokolun ləğv edilməsi barədə ərizə vermişdir. İnzibati Xətalar Məcəlləsində protokoldan şikayətin verilməsi və ya protokolun ləğv edilməsi nəzərdə tutulmadığından bu şikayətə baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 tərəfindən verilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun ləğv edilməsi barədə verilmiş şikayət geri qaytarılsın. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-266/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-266/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver