Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-269/2023 06.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X10 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux Rayon Polis Şöbəsinin DYPX-nin polis serjantı X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux Rayon X8 Yol Patrul Xidməti tərəfindən tərtib olunmuş 17 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon X8 Yol Patrul Xidməti tərəfindən tərtib olunmuş 17 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə “VAZ 21061” minik markalı **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sərxoş halda olmamış, spirtli içki içməmiş, bir gün ondan qabaq 2 ədəd «enerji içkisi hesab edilən GO» içmişdir həmin gündən bir gün öncə, yəni xx.xx.2023-cü il tarixində günorta saatlarında qəbul etmişdir. Polis əməkdaşı onu saxlayaraq, xüsusi texniki vasitə ilə müayinədən keçirmiş və bildirmişdir ki, onda sərxoşluq halı müəyyən olunur, həmin vaxt polis əməkdaşları ona bildirmişlər ki, narazı olduğu halda həkim müayinəsi aparsınlar, lakin o hesab etmişdir ki, bir gün öncə içdiyi enerji içkisinə görə sərxoş ola bilməz. Sonra ona protokola imza etdirmişlər. O, isə həmin gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə gedərək müayinədən keçmiş, müayinənin nəticəsinə əsasən onun sərxoş olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında X6 ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Samux Rayon Polis Şöbəsinin DYPX-nin polis serjantı X7 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, X1 vəziyyətdə avtomaşın idarə etdiyi üçün onun avtomaşınını saxlatmış və xüsusi texniki vasitə ilə müayinədən keçirildikdən onun sərxoş olduğu müəyyən edilmişdir. Həmin vaxt X5 narazı olduğu halda həkim müayinəsindən keçmək təklif olunsa da o, müayinədən keçməkdən imtina etmişdir. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətçini, protokolu tərtib etmiş şəxsi və şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X3 barəsində tərtib edilmiş 17 oktyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X1 vəziyyətdə avtomobili idarə etmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xüsusi texniki vasitənin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, X2 10:20-də sərxoşluq müayinəsindən keçmiş və onda alkoqolun konsentrasiyasının 0,418 promilli olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 3257/2023 nömrəli, xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, X2 14:42-də müayinəsi nəticəsində onun ayıq olması və onda alkoqol qəbulunun əlamətlərinin olmadığı müəyyən olunmuşdur. Göründüyü kimi X2 10:20-də Samux rayon Polis Şöbəsinin DYPX-nin əməkdaşları tərəfindən sərxoşluq müayinəsindən keçmiş bundan təminən 4 saatdan artıq müddətdən sonra 14:42-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində müayinədən keçmişdir. Məhkəmə hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, vidio görüntü və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Beləliklə, X3 barəsində tərtib edilmiş 17 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon X8 Yol Patrul Xidməti tərəfindən tərtib 17 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon X8 Yol Patrul Xidməti tərəfindən tərtib olunmuş 17 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon X8 Yol Patrul Xidməti tərəfindən tərtib olunmuş 17 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-269/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-269/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver