Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-269/2024 06.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi, Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Samux rayonunda doğulmuş, orta təhsilli, subay, işləməyən, Samux rayonu Sərkar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 06 dekabr 2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə polisin qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 izahat verərək bildirdi ki, inzibati protokolu Samux RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Murad Səmədovun raportu əsasında tərtib etmişdir. Belə ki, Samux RPŞ-nin PPXB-nin polis serjantı Murad Səmədov və Samux RPŞ-nin PPXB-nin polis serjantı Xəyal Həsənov ilə xx.xx.2024-cü il tarixdə 7 saylı maşrut üzrə xidmətdə olan zaman təxminən saat 15:10 radələrində Samux rayonun Aznixi dairəsi adlanan ərazidə bir nəfər şəxsin yüksək səslə ünvanlı-ünvansız söyüş söydüyünü və yol ilə hərəkət edən maşınların qarşısını kəsərək təhlükəli vəziyyət yaratdığını görmüş və dərhal yaxınlaşaraq həmin şəxsə özünü təqdim etmiş, ondan etdiyi hərəkətlərə son qoymağı tələb etsələr də o, öz hərəkətlərinə davam etmişdir, buna görə də onu Samux Rayon Polis şöbəsinə gətirib təhvil vermişlər. Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o həmin gün yüngül dərəcədə sərxoş olmuşdur. Taksidə gedən zaman onların maşınını polis əməkdaşları saxlamışlar və taksi sürücüsünə başqa yolla getməsini bildirmişlər. O da taksi sürücüsünə hərəkətdə olduğu yolla getməsini demişdir. Bununla da aralarında mübahisə yaranmış, lakin o, polisə tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux RPŞ-nin PPXB-nin polis serjantı X4 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman Samux rayonun Aznixi dairəsi adlanan ərazidə adı onlara sonradan məlum olmuş Şəxs maşınların qarşısına çıxaraq yüksək səslə ünvanlı-ünvansız söyüş söydüyünü və yol ilə hərəkət edən maşınların qarşısını kəsərək təhlükəli vəziyyət yaratdığını görmüş və dərhal yaxınlaşaraq həmin şəxsə özünü təqdim etmiş, onu nizam-intizama dəvət etmiş, lakin buna baxmayaraq o, öz əməlində çəkinməyərək, polisin qanuni tələblərinə tabe olmamış, həmçinin polisə qarşı nalayiq ifadələr işlətmişdir. Daha sonra müəyyən edilmişdir ki, şəxs sərxoşdur. Sərxoşluğun müayinəsi zamanı o, həmçinin tibb işçilərinə qarşı qeyrietik ifadələr işlətmişdir. Bundan sonra polis əməkdaşları onu Samux RPŞ-nə gətirib təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux RPŞ-nin PPXB-nin polis serjantı Murad Səmədov, Samux RPŞ-nin PPXB-nin polis serjantı Xəyal Həsənov ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib olunmuş protokol, raport və şahid ifadələri ilə təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:00-da aparılmış müayinə nəticəsində Şəxs orta dərəcəli alkoqollu olduğu müəyyən edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İnzibati xətaya görə məsuliyyəti istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİNxxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-269/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-269/2024
06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver