Məhkəmə qərarları › İş №3(058)-27/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-27/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-27/2023 15.02.2023 SAMUX RAYON MƏKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux Rayon Prokurorluğunun nümayəndəsi X5 işdirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Samux rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 13 dekabr 2022ci il X6 500 manat dəyərində ziyan vurmuşdur. Bu barədə Samux Rayon X1 inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilərək, baxılması üçün Samux Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Samux rayon Prokurorluğunun nümayəndəsi X9 məzmuna uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, X3 13 dekabr 2022- ci il tarixdə, Samux rayon Kolayır kəndində yaşayan X4 “Lifan” minik markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə təpiklə vurmuş, avtomobilin zədələməsi nəticəsində ümumilikdə 500 (beş yüz) manat dəyərində ziyan vurmuşdur. 23 dekabr 2022-ci il tarixli qərar X2 əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etilmişdir. İşdə olan 23 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və X2 barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Beləliklə, işdə olan sənədlərlə müəyyən olundu ki, X3 13 dekabr 2022-ci il tarixdə X6 500 manat dəyərində ziyan vurmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edir ki, X2 İXM-nin 232-1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğində cərimə edilir. Odur ki, X3 İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin zərərin ödənilməməsini nəzərə alaraq, X2 İXM-nin 232-1ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, qəraraaldı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın 1,5 misli məbləğində, yəni 750 (yeddi yüz əlli) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Zərərçəkmiş şəxs X6, X2 inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar