Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-270/2023 25.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Samux rayonu, Ziyadlı kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Samux rayonu, Ziyadlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Samux rayonu, Ziyadlı kənd sakini X2 mülkiyyətinə 80 manat məbləğində maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs X3 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Samux rayonu, Ziyadlı kənd sakini X6 Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus olan tikiliyə Şəxs tərəfindən ziyan vurulduğunu bildirmişdir. Həmin fakt üzrə aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməldə Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan material Samux RPŞ-nin İTB-nə göndərilmişdir. Qeyd olunan inzibati xəta hadisəsi barədə xx.xx.2023-cü il tarixdə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İnzibati xətanın Şəxs tərəfindən törədilməsi təqdim edilmiş materiallarla öz təsdiqini tapır. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, sözügedən torpaq sahəsi bələdiyyə torpaqlarına aiddir və bələdiyyə ilə onun arasında həmin torpağın onun mülkiyyətinə verilməsi barədə razılıq əldə olunmuşdur. X1 tərəfindən həmin torpaq sahəsində qeyri qanuni tikinti işləri aparılmışdır. Bu səbəbdən də o, əsəbləşərək həmin tikilini ayağı ilə vurub uçurmuşdur. Dəymiş ziyan 80 manat təşkil etmir, cəmi 10-15 manatlıq ziyan vurulmuşdur. İş materiallarına əlavə edilmiş Samux Rayon Polis X5 təhqiqatçısı H.Qurbanovun 14 noyabr 2023-cü il tarixli qərarından görünür ki, X2 ərizəsi üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan materialın Samux RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi (ona məxsus mobil telefonundakı) video görüntüdən görünür ki, o, X2 çəkdirdiyi hasarı ayağı ilə vurub uçurur. Beləliklə Şəxs, X4 məxsus hasarı qəsdən uçurması və bununla V.Quliyevə 80 manat məbləğində maddi ziyan vurması onun özünün etirafedici ifadəsi, onun tərəfindən məhkəməyə təqdim edilmiş video görüntü və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi Şəxs hərəkətləri Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri ilə üst-üstə düşür. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün vurulmuş zərərin bir misli miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş ziyanın bir misli miqdarında, yəni 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-270/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-270/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver