Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-273/2023 07.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Samux Rayon Polis X3 Xidmətinin polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cü ildə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləyən, Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsi YPX-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis X3 Xidməti tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə VAZ 21070 markalı 99TP181 dövlət qeydiyyat nişanlı avtomobili Samux rayonu Arif Nəbiyev küçəsində alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etmiş və tibbi müayinədən keçməkdən imtna etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş X2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, Samux rayonu Arif Nəbiyev küçəsində Şəxs idarə etdiyi VAZ 21070 markalı, 99TP181 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün İXM-nin 329.1-ci maddəsinin tələblərini pozması səbəbilə saxlanılmışdır, bu zaman sürücüdən spirtli içkinin qoxusu gəldiyindən və o kənardan baxanda sərxoş təsüratı yaratdığından xüsusi texniki vasitə ilə onun alkoqollu olub-olmaması yoxlanılmış və nəticədə onun alkoqollu olduğu müəyyən edilmiş, lakin o, xüsusi texniki vasitə ilə aparılan müayinənin nəticəsi ilə razılaşmadığından tibbi müayinədən keçirilməsi üçün tibb məntəqəsinə aparılmışdır. Şəxs tibb məntəqəsinin qarşısında avtomobildən enməyərək yatmaq istədiyini bildirmiş və tibbi müayinədən keçməkdən imtna etmişdir. Ona görə də Şəxs İXM-nin 343.1-ci maddəsinin tələblərini pozması barədə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, ümumiyyətlə spirtli içki qəbul etmir. Polisə və həkimə inanmadığı üçün tibbi müayinədən keçməkdən imtna etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş video görüntüdən görünür ki, Şəxs alkoqollu olub-olmamasının müəyyən edilməsi məqsədilə tibbi müayinədən keçirilməsi üçün o, polis əməkdaşı tərəfindən tibb məntəqəsinə aparılmış, lakin Şəxs tibb məntəqəsinin qarşısında avtomobildən enməyərək yatmaq istədiyini bildirmiş və tibbi müayinədən keçməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə alkoqollu olub-olmamasının müəyyən edilməsi məqsədilə tibbi müayinədən keçirilməkdən imtina etmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Samux RPŞ-nin YPX-nin polis leytenantı K.Mehdiyev tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnizibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-273/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-273/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver