Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-278/2023 18.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsi YPX-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Samux Rayon Polis X1 Xidmətindən Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə sürücü Şəxs VAZ 21063 MİNİK markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şəxs və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə, məhkəmə iclasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan, məhkəmə tərəfindən tədqiq edilmiş video görüntü materialından görünür ki, Şəxs alkoqollu olub-olmamasının müəyyən edilməsi məqsədilə o, xüsusi texniki vasitə ilə müayinədən keçirilir və qanda alkoqolun konsentrasiyasının 0,316 promilli olduğu müəyyən edilir. Şəxs tibbi müayinədən keçirilməsinə zərurət olubolmadığı soruşulduqda o, tibbi müayinədən keçirilməsinə zərurət olmadığını bildirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeydinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə və onun məhkəməyə ərizə ünvanlayaraq barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etməsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, DYPŞ-nin YPX-nin inspektoru Orxan Qasımov tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. İnizibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və həmin maddənin sanksiyası çərçivəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-278/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-278/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver