Məhkəmə qərarları › İş №3(058)-28/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-28/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-28/2023 23.01.2023 SAMUX RAYON MƏKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx xxxxxx 1963-cü il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Samux rayon Çobanabdallı kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Samux Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs, xx.xx.2022-ci ildə Samux rayon Çobanabdallı kəndində yerləşən ata mülkündə ailə-məişət münasibətləri zəminində anası X1 ilə mübahisə edib onun mülkiyyətində olan 01 hektar torpaq sahəsindən məhrum etmək məqsədi ilə ona qarşı məişət zəminində psixi zorakılığa, yəni Məxrux Abdullayevaya fiziki və psixoloji təsir edərək onün mülkiyyətində olan 01 ha torpaq sahəsini adına keçirməyi, ondan müxtəlif sənədlərə imza etməyi tələb etmiş, əks halda onu psixiatriya xəstəxanasına yerləşdirməklə hədələyib, ona qarşı psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər etmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 158.2-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilmiş və toplanmış material aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Samux rayon Çobanabdallı kəndində yaşayır. Atası vəfat edəndən sonra məhkəmə qətnaməsinə əsasən ata mülkü anası Məxrux Abdullayevanın adına keçmişdir. Həmin mülkdən ona pay düşməmişdir. Aralarında mülk mübahisəsi vardır. O, anası Məxrux Abdullayevaya onun adına olan 01 ha torpaq sahəsinin öz adına keçməsi ilə əlaqədar psixi təsir göstərməmiş, anasını ölümlə hədələməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 158.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. İş materiallarına əlavə edilmiş Samux RPŞ-nin təhqiqatçısı, polis leytenantı X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 158.2-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Samux rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Beləliklə, Şəxs İXM-in 158.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan digər sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs İXM-in 32-ci maddəsinə əsasən əməlindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsulliyyəti i ağırlaşdıran hallar aşkar etmədi. İXM-in 158.2-ci maddəsinə əsasən məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 158.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat cərimə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar