Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-28/2025 08.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 24 dekabr 2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, borclu Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-689/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tələbkara ödəməli olduğu 14760 pulu,322 manat vəkil pulunu,140 manat dövlət rüsumunu,cəmi 15222 manat borcunu ödəməkdən yayınır, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Protokolu tərtib etmiş şəxsə və tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə cavabdehin və protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, borcundan ödəniş etməsi üçün onun xahişi ilə məhkəmə tərəfindən ona verilən vaxt ərzində icra sənədi üzrə borcundan 10000 (on min) manat ödəniş etmişdir, ona görə də İXM-nin 528.1-ci maddəsi ilə barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-689/2024 saylı, 10 senytabr 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 14760 manat,vəkillə müqavilə bağlamaq üçün ödənilən pulun əvəzi qismində 322 manat və dövlət rüsmunun əvəzi qismində 140 manat,cəmi 15222 (on beş min iki yüz iyirmi iki) manat alınaraq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. 2024-cü il tarixli xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-689/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini təmin etmə məqsədi ilə borclu Şəxs Samux rayonu Nəbiağalı qəsəbəsində olan evinə baxış keçirilmiş, borclunun yaşadığı evdə tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. X1 Samux Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, borclu Şəxs icra sənədi üzrə borcundan 10000 (on min) manat pul ödədiyini bildirmiş, inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs məhkəmə tərəfindən ona verilən vaxt ərzində tələbkara ödəməli olduğu borcdan kifayət qədər ağlabatan bir məbləğ (on min manat) ödəmişdir. Ona görə də məhkəmə, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-28/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-28/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver