Məhkəmə qərarları › İş №3(058)-281/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-281/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-281/2024 19.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi X3, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23270327 nömrəli inzibati xəta haqqında qərardan şikayətəə baxaraq, müəyyən etdim: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23270327 nömrəli qərardan şikayət verərək, xx.xx.2024-cü il tarixli EQ 23270327 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 14:45-də Gəncə şəhər Heydər Əliyev prospektində Azərbaycan Beynəlxalq Xəstəxanasının qarşısında hərəkətdə olarkən “Renault Koleos” minik markalı **-TJ-*** dövlət qeydiyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusuolmayan motoskiletlər, mopedlər velisopedlər və kiçik elektrik nəqliyyat vasitələri istina olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinçi və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Gəncə şəhər DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis palkovniki-leytinatı Elvin Abbaszadə tərəfindən qərar yazılıb. O, minik avtomobili ilə Gəncə şəhəri, Heydər Əliyev prospektində “Beynəlxalq” xəstəxananın qarşısında avtomobilinin mühərriki sönmüş və o, dərhal qəza işıqlarını yandırmış, sonra usta ilə əlaqə saxlamışdır. Usta ona bildirmişdir ki, bir az gözləyib yenidən yoxlasın əgər mühərrik işə düşməsə evakuator cağırıb, avtomobilini gətirsin. Bu zaman oradan keçən DYP inspektoru məlumat olmadığı halda avtomobilə yaxınlaşmadan, YPX avtomobilindən düşmədən polisə verilmiş xüsusi avadanlıqla avtomobilinin qanuna zidd şəkildə şəkilini çəkərək, ona İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən 80 manat cərimə göndərmişdir. O, iki dəfə 102 qaynar xəttinə zəng etsə də ona bildirmişlər ki, aidiyyatı üzrə araşdırıb cavab veriləcək. Gəncə DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətin ona məktubla bildirmişlər ki, polis əməkdaşının ona yazdığı cərimə əsaslıdır. Qərardan narazı olduğu halda məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. X6 əməkdaşları öz vəzifə səlahiyyətlərindən istifadə edərək, ona xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 346.4-cü maddəsini nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib və həmin qərara əsasən ona 80 manat məbləğində cərimə yazılmışdır. Hesab edir ki, qərar əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Buna görə də sözügedən qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir (İXM-nin 124.2-124.4-cü maddələri). İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İnzibati Xətalər Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüquqları vardır. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23270327 nömrəli qərardan şikayət vermiş, lakin həmin qərarı şikayətə əlavə etməmişdir. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin apellyasiya şikayətindən imtina edilməsinin nəticələrini tənizmləyən 391.11-ci maddəsinin analogiya üzrə hazırkı məsələyə tətbiqini məqsədəmüvafiq hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər natamamdır. Bu səbəbdən də X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Şikayətçiyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23270327 nömrəli qərarı şikayətə əlavə etməklə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməldir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23270327 nömrəli qərarından verilmiş şikayəti geri qaytarılsın. Şikayətçiyə izah edilsin ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23270327 nömrəli qərarı şikayətə əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar