Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-288/2023 13.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsini hakimi Kərimova Tərifə Əbülfət qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair materiala baxaraq, müəyyən etdi: 13 dekabr 2023-cü il tarixdə Samux RPŞ-nin sahə rəisi Bayram Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, 13 dekabr 2023-cü il tarixdə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib edilmiş 13 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, o, 13 dekabr 2023-cü il tarixdə, saat 01:00 radələrində Samux rayonu, Qarayeri qəsəbəsində nalayiq ifadələr işlətmiş, onu nizam intizama dəvət edən YPX əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol İXM-nin 100-cü maddəsinin tələblərinə müvafiq tərtib edilməmiş, protokol natamam olmaqla, iş materiallarında olan raportda Şəxs tərəfindən törədildiyi qeyd olunan əməllərlə inzibati xəta haqqında protokolda göstərilən inzibati xəta arasında uyğunsuzluq mövcuddur. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Şəxs barəsində 13 dekabr 2023-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə Samux Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində 13 dekabr 2023-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə Samux Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardadan şikayət və ya protest verilə bilməz. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-288/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-288/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver