Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-299/2025 08.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X12 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, o, fərdi sahibkardır, oğlu Hümbətov Nurəddin “Vətən Müharibəsi” zamanı şəhid olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən onun barəsində 10 mart 2025-ci il tarixdə protokol tərtib edilmiş, 19 mart 2025ci il tarixdə isə qərar qəbul olunmuşdur. Həmin qərar ona çatmamışdır, ona görə də o, xx.xx.2025-ci il tarixdə müraciət edərək qərarı qəbul etmişdir. O, xx.xx.2025-ci il tarixdə 83,10 (səksən üç manat on qəpik) manat məbləğində sığorta pulunu ödəmişdir. Belə olan halda sözügedən qərar ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, onun oğlu “Vətən Müharibəsi” zamanı şəhid olmuş və o, şəhid atasıdır. Onun barəsində inzibati protokol tərtib olunduqdan bir gün sonra o, sığorta pulunu ödəmişdir. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X6 bildirdi ki, pozuntu olması ilə əlaqədar icbari sığorta bürosundan məlumat daxil olmuş, həmin məlumat əsasında X5 barəsində xx.xx.2025-ci il tarixdə protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2025-ci il tarixdə qərar qəbul edilmiş və X5 1500 manat məbləğində cərimə olunmuşdur. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, izahatları dinləyib, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2025-ci il tarixədək f/s İ.N.Hümbətov tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2025-ci il tarixədək İ.N.Hümbətov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225.1-ci maddəsinin tələbini pozaraq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və inzibati xətanı törətdiyinə görə barəsində 1500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, X5 tərəfindən 83,10 (səksən üç manat on qəpik) manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 003438 nömrəli vəsiqənin surətindən görünür ki, X5 şəhid ailəsi üzvüdür. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən X3 barəsində xx.xx.2025-ci il tarixdə protokol tərtib edilmişdir. X5 xx.xx.2025-ci il tarixdə 83,10 manat sığorta pulu ödəmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə X3 barəsində qərar qəbul edilmiş və o, İXM-nin 469.2-ci maddəsinə əsasən 1500 (min beş yüz) manat inzibati cərimə edilmişdir. Bununla da, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda işin icraatına xitam verilməlidir. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-299/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-299/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver