Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-3/2024 02.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X2 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 332.1-ci və 334.1-ci maddələri ilə barəsində tərtib olunmuş inzibati xəta haqqında qərara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Samux Rayon Məhkəməsinə Şəxs barəsində Samux rayon prokurorluğundan inzibati xəta haqqında iş üzrə ictraatın başlanması haqqında Azərbaycan Respublikası İXM-in 332.1-ci və 334.1-ci maddələri ilə inzibati xəta haqqında qərar daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında iş üzrə ictraatın başlanması haqqında qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə dostu David Nağıyevdən ona məxsus “VAZ” 2107 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb həmin avtomobili etibarnaməsi olmadan, eləcə də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan David Nağıyevə məxsus “VAZ” 2107 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili Samux rayon Sərkar kəndi ərazisində alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 334.1-ci maddələrində nəzərdə tututlmuş inzibati xətanı törətmişdir. İşdə olan Samux rayon Polis şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktublardan görünür ki, Şəxs Samux rayon İnstitut qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq, ərazidə yaşamır və onun harada olması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. İşdə olan Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(058)-08/2022 nömrəli qərarından görünür ki, Şəxs barəsində olan inzibati işin icraatı o, tapılıb məhkəməyə gətirilənədək axtarış elan edilərək işin icrratı dayandırılmışdır. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, inzibati tənbeh tətbiq etmə müddəti başa çatmışdır. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsinə, qərarın icrasının Samux rayon Polis şöbəsinə həvalə olunmasına və dəfələrlə qərarın icrası ilə bağlı xatırlatma məktubları göndərilməsinə baxmayaraq, Şəxs ərazidə yaşamadığından məhkəməyə gətirilməsi təmin olunmamışdır. Belə olan halda inzibati xətanın xx.xx.2022-ci il tarixdə törədildiyini nəzərə alsaq, hazırkı vaxtda inzibati xətanın törədildiyi vaxtdan bir il müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 104.8-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətadan Azərbaycan Respublikası İXM–in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM–in 53.1.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 334.1ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-3/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-3/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver