Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-3/2025 23.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, Gəncə Şəhər DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23941368 saylı inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Şəhər DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23941368 saylı qərardan şikayət verərək sözügedən qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə saat 09:53-də Gəncə şəhər Atabəylər küçəsi Samux yolunda hərəkətdə olarkən,MİTSUBUSHİ AİRTİREK markalı 99FM613 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkətli ötmə zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına görə Gəncə şəhər DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis palkovnik-leytenantı Elvin Abbaszadə tərəfindən qərar yazılıb. O, qeyd etmişdir ki, xəttin görünmə bucağı silindiyinə görə əks istiqamətdə hərəkət edib. Həmin gün telefonuna qayda pozuntusu törətməsi ilə bağlı sms gəlmiş, smsdən ona məlum olmuşdur ki, minik avtomobilini idarə etdiyi yolda xətt olubmuş. Qeyd etmişdir ki, təqdim etdiyi şəkillərdən aydın görünür ki, yolda xətt silinib və görünmür. YPX avtomobilindən xüsusi avadanlıqla avtomobilinin qanuna zidd şəkildə şəklini çəkərək ona İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat cərimə yazılıb. Gəncə DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin ona yazdığı cəriməni əsaslı hesab etmədiyi üçün məhkəməyə müraciət edib. X7 əməkdaşları öz vəzifə səlahiyyətlərindən istifadə edərək ona xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli biliblər. Daha sonra ona xx.xx.2024-cü il tarixli, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında EQ 23270327 nömrəli qərar veriblər. Həmin qərara əsasən ona 100 manat məbləğində cərimə növündə inzibati tənbeh verilmişdir. Gəncə şəhər Atabəylər küçəsi Samux yolunda ona inzibati xəta törətməsi barədə təqsirli bilinməsi qanunvericiliyin tələblərinə ziddir. Bununla əlaqədar Elvin Abdullazadə tərəfindən tərtib edilmiş inzibati tənbeh haqqında qərarla təqsirli bilinməsi əsassızdır. Hesab edir ki, İXM-nin 53.0-cı maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlana bilməz. İnzibati orqana və qərardan şikayət vermiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə qərardan şikayətə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və təqdim olunmuş sübutu tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2024-cü il tarixli, EQ 23941368 saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, EQ 23941368 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən,svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma ,əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə,yolayrıcını keçmə qaydalarının pozulmasına,ümumi istifadədə olan nəqliyyat vasitələrinin,yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaq doldurma məntəqəsinə daxil olmasına 1.1, 1.3, 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə,yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X4 tərəfindən, onun barəsində inzibati tənbeh vermə haqqında qərarda göstərilən inzibati xətanın törədilməsi iş materiallarındakı sübutla təsdiq olunur. Şikayətdə göstərilənlər əsassızdır. Buna görə də məhkəmə şikayətin rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23941368 saylı inzibati tənbehvermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-3/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-3/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver