Məhkəmə qərarları › İş №3(058)-300/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-300/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-300/2025 01.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi ilə, protokolu tərtib etmiş şəxs X1,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 21.04 2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, borclu Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-853/2024 saylı xx.xx.2024-cü il tarixli, icra sənədi üzrə yaranmış aliment borcunu ödəməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aylıq ödənişləri vaxtında etsə də, onun əvvəldən yığılan 600 manat borcu var, ona məhkəmə tərəfindən verilmiş vaxt ərzində icra sənədi üzrə borcundan 330 manat məbləğində pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun icra sənədi üzrə borcunu ödəməkdən yayınmaq fikri yoxdur, uzun müddətdir ki, aylıq ödənişləri vaxtında edir, qalıq borc isə daha öncə yığılan borc məbləğidir, məhkəmə tərəfindən ona verilən vaxt ərzində həmin borcdan 330 manat məbləğində pul ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-853/2024 saylı, xx.xx.2024-cü il tarixli, icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment X5 xeyrinə tutulsun. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs borcunu ödəməkdən qərəzli şəkildə yayınmır. Belə ki, icra məmuru məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aylıq ödənişləri vaxtında edir, lakin hazırda sözügedən 600 manat aliment borcu onun daha əvvəlki aylardan qalan qalıq borcdur. Məhkəmə tərəfindən Şəxs verilmiş vaxt ərzində isə o, borcundan 330 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan bu hallar borclunun məhkəmə qətnaməsinin icrasından qərəzli şəkildə yayınmadığını təsdiq edir. Ona görə də məhkəmə, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar