Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-302/2025 05.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Samux rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3, icra sənədi üzrə tələbkar X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Göygöl rayonunda doğulmuş, orta təhsilli, subay, işləməyən, Samux rayonu Qarabağlar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 23 aprel 2025-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X7 izahat verərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-353/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs hər ay hər uşağa 160 manat sabit pul məbləğində, cəmi 320 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq, xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2021-ci il tarixdə X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 xeyrinə verilməsi qət edilmişdir. Hazırda borclu Şəxs həmin icra sənədi üzrə 5000 manat aliment borcu var. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində borcundan cəmi 200 manat ödəniş edib. Hazırda onun 4800 manat aliment borcu var. Məhkəmə iclasında tələbkar X4 bildirdi ki, borclu borcunu ödəməkdən qərəzli olaraq yayınır, məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində borcundan cəmi 200 manat ödəniş edib. Hazırda onun 4800 manat aliment borcu var. Şəxs barəsində inzibati tənbeh təbiq olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, maddi imkanı yol vermədiyi üçün alimenti vaxtında ödəyə bilməyib və bu qədər borcu yığılıb. Məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində borcundan cəmi 200 manat ödəniş edə bilib. Həmin məbləğdən artıq ödəməyə imkanı yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-353/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs hər ay hər uşağa 160 manat pul,cəmi 320 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq, xx.xx.2019-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 xeyrinə verilməlidir. 16 mart 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-353/2023 saylı xx.xx.2023-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. Çoxsaylı xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və özünün ifadəsi ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-353/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə müəyyən olunmuş borc məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş, məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində borcundan cəmi 200 manat ödəniş edib, bu da onun məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Şəxs hərəkəti Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X7 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxsn inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-302/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-302/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver