Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-304/2025 19.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi,ilə, xx.xx.1959-cı il tarixdə Xanlar rayonunda doğulmuş, Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Samux Rayonu Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.2ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Samux Rayon Polis Şöbəsinin polis kiçik serjantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokoldan və iş materiallarında olan digər sənədlərdən görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs bir il ərzində ikinci dəfə güclü təsir edən maddənin təsiri altında sərxoş vəziyyətdə xx.xx.2025-ci il tarixdə, saat 20:45-də “VAZ 21011” minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. Bununla o, Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 329.3-cü, 332.1-ci və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 manat məbəğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş xüsusi texniki vasitə ilə aparılan müayinənin nəticəsi barədə xx.xx.2025-ci tarixli qəbzdən görünür ki, Şəxs alkoqolun konsentrasiyasının 0.418 % promil olduğu müəyyən olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs eyni inzibati xətaya görə xx.xx.2024-cü il tarixdə inzibati tənbeh almasına baxmayaraq həmin tənbehin verilməsi barədə qərarın qanuni qüvvəyə mindiyi gündən bir il keçmədən, xx.xx.2025-ci il tarixdə saat 20:45 radələrində “VAZ 21011” minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadəsi nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh olaraq nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılması, əsas tənbeh kimi 500 manat cərimə edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 500 manat cərimə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-304/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-304/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver