Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-307/2025 19.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və iştirakları ilə, xx.xx.1978-ci ildə Samux rayonunda doğulmuş, orta təhsilli, subay, işləməyən, Samux rayonu Sərkar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 12 may 2025-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahat verərək bildirdi ki, Samux Rayon Məhkəməsinin 2(058)-120/2024 saylı, xx.xx.2024cü il tarixli və 8(058)-34/2025 saylı xx.xx.2025-ci il icra sənədinə əsasən Şəxs Samux rayonunda X4 doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər növ qazancından sabit pul məbəği ilə 150 ( yüz əlli) manat cəmi 450 (dörd yüz əlli) aliment Şəxs tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Borclu Şəxs həmin icra sənədi üzrə 982 manat aliment borcu var. Borclu alimenti hər ay vaxtında ödəmir, həmçinin natamam ödəyir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməkdən boyun qaçırır. Hazırda isə Şəxs məhkəmə tərəfindən ona verilən vaxt ərzində 200 manat ödəniş etmişdir. Məhkəmə iclasında tələbkar X9 bildirdi ki, cavabdeh aylıq aliment borcunu tam ödəmir belə olan halda hər ay onun əvvəlki aydan qalıq borcu yaranır və daha sonra həmin qalıq borc ödənilmir. Borclunun barəsində hər dəfə inzibati protokol tərtib olunduqdan sonra o, inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün az bir məbləğdə ödəniş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəməkdən qərəzli olaraq yayınır, məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində borcundan cəmi 200 manat ödəniş edib. Lakin bu hal hər dəfə təkrarlanır, yəni borclu hər dəfə inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə verildikdən sonra o, az məbləğdə ödəniş edir, daha sonra isə yenə icra sənədinin icrasından boyun qaçırır. Onun 3 uşağı var, uşaqlar çox böyük maddi çətinlik içində yaşayırlar. Şəxs barəsində inzibati tənbeh təbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, məhkəmə tərəfindən ona verilən vaxt ərzində borcundan 200 manat ödəniş etmişdir. Samux rayonunda iş tapa bilmədiyi üçün borcunu ödəməyə çətinlik çəkir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay, hər uşaq üçün sabit pul məbləği ilə 150 (yüz əlli) manat cəmi 450 (dörd yüz əlli) aliment tutularaq iddiaçı X8 verilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, 2(058)-120/2024 saylı,xx.xx.2024ci il tarixli icra sənədi üzrə borclu Şəxs Samux Rayon Məhkəməsinin icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. Samux Rayon Məhkəməsinin 8(058)-55/2024 saylı qərardadının sürətindən görünür ki, Şəxs icra sənədi üzrə borcunu tam ödəyənədək Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra məmuru tərəfindən tərtib olunmuş aktdan görünür ki, Şəxs evində tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə müəyyən olunmuş borc məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş, hazırda onun 782 manat aliment borcu var. Həmçinin onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verildikdən sonra müəyyən məbləğdə ödəniş etməsi onun məsuliyyətdən yaxa qurtarmaq cəhdinin göstəricisidir. Belə ki, onun barəsində bir il öncə də eyni icra sənədinin icra olunmamasına görə inzibati protokol tərtib olunmuş, inzibati materiala məhkəmədə baxılarkən Şəxs icra sənədi üzrə borcundan müəyyən məbləğdə ödəniş etmiş və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lakin hazırda müəyyən edilir ki, o, icra sənədini yenə natamam və qeyri-müntəzəm icra etməkdə davam edir. Məhkəmə hesab edir ki, Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 14:00-dan hesablansın Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-307/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-307/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver