Məhkəmə qərarları › İş №3(058)-309/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-309/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-309/2023 26.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokol tərtib edən şəxs Samux rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Samux rayonu Qaaryeri qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Samux rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Samux rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin MN-1127269 saylı, xx.xx.2022-ci il tarixli qərarını qanuni qüvvəyə mindiyi gündən qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə AR İXM-nin 529.1-ci maddəsi ilə tərtib olunmuş 26 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunur ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin MN-1127269 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs 300 (üç yüz) manat miqdarda cərimə alınıb dövlət nəfinə ödənilməlidir. Məhkəmə iclasında amux rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 izahatında göstərdi ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin MN- 1127269 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs AR İXM-nin 289.0.2-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında cərimə edilmişdir. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmişdir. Lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra borcluya dəfələrlə icra məmuru tərəfindən üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarını icra etməsi barədə rəsmi və şifahi xəbərdalıq edilməsinə baxmayaraq, borclu Şəxs borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin MN- 1127269 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə o, İXM-nin 289.0.2-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında cərimə edilmişdir. Heç bir yerdə işləmədiyi, əlavə gəlir və qazancı olmadığı üçün hal-hazıra kimi təyin edilmiş cərimə məbləğini ödəyə bilməmişdir. Hazırda 300 manat məbləği ödəməyə imkanı yoxdur. Məhkəmədən barəsində qanuni qərar qəbul olunmasını xahiş edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin MN- 1127269 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs AR İXM-nin 289.0.2-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarda cərimə edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin MN- 1127269 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən ödəməli olduğu borcunu ödəməsi tələb olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci madəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Мəcəllənin 38.2-ci maddəsinə əsasən, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası İXM-nin 150.2-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 529.1-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi Şəxs törətdiyi inzibati xətaya görə xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərar xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi isə qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimənin ödənilmədiyi halda həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini nəzərdə tutmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı xx.xx.2023-cü il tarixdə törətmiş və həmin xətanın törədilməsindən 10 ay vaxt ötmüşdür. Qanunvericilikdə inzibati tənbehin, inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilməsi göstərildiyindən hazırki iş üzrə icraata qanunvericilikdə göstərilmiş müddətin başa çatması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına müddət keçməsi əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 53.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədirlik edən: Tərifə KərimovaMustafa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar