Məhkəmə qərarları › İş №3(058)-313/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-313/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-313/2025 24.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi ilə, protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, borclu Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-29/2022 saylı xx.xx.2022-ci il tarixli, icra sənədi üzrə yaranmış qızıl-zinət əşyaların dəyəri ilə bağlı yaranmış 5440 manat borcunu ödəməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 5440 borcu var, təqdimatın məhkəməyə verildiyi tarixə qədər 340 manat ödəniş etmiş, ona məhkəmə tərəfindən verilmiş vaxt ərzində isə icra sənədi üzrə borcundan 500 manat məbləğində pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun icra sənədi üzrə borcunu ödəməkdən yayınmaq fikri yoxdur, məhkəmə tərəfindən ona verilən vaxt ərzində həmin borcdan 500 manat məbləğində pul ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-29/2022 saylı, xx.xx.2022-ci il tarixli, icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1 ədəd 585 əyarlı çəkisi 5 qram, gül formalı qızıl nişan üzüyü, 1 ədəd 585 əyarlı çəkisi 8 qram brilyant qaşlı komplekt qızıl sırğa və üzük, 1 ədəd 583 əyarlı çəkisi 20 qram qızıl yoluçnu sep və çəkisi 8 qram nazik bilərzik, 583 əyarlı çəkisi 7 qram qızıl tək tana və çəkisi 3 qram F formalı üzük, 583 əyarlı çəkisi 15 qram yarpaq formalı qızıl komplekt sırğa və üzük, 2 ədəd-hər birinin çəkisi 1 qram 585 əyarlı qızıl nazik sepdən ibarət qızıl-zinət əşyası naturada, əşyalar naturada mövcud olmadıqda qızıl-zinət əşyalarının dəyəri 5440 manat alınaraq iddiaçı X1 xeyrinə verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü xəbərdarlığın surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə cinayət məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Samux Rayon Məhkəməsinin 8(058)-12/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Samux Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(058)-29/2022 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi dair borclu Şəxs tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Samux Rayon Məhkəməsinin 8(058)-11/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Samux Rayon Məhkəməsinin 8(058)-70/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəxs Samux Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(058)-29/2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməmişdir. xx.xx.2025-ci il tarixdə borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, borclu xx.xx.1989-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. xx.xx.2025-ci il xəbərdarlığın surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs borcunu ödəməkdən qərəzli şəkildə yayınmır. Belə ki, Şəxs xahişi ilə, ona icra sənədinin icrası üçün məhkəmə tərəfindən verilmiş vaxt ərzində o, borcundan 500 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan bu hal borclunun məhkəmə qətnaməsinin icrasından qərəzli şəkildə yayınmadığını təsdiq edir. Ona görə də məhkəmə, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar