Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-320/2025 11.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayоn Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, məhkəmə iclas katibi Tağıyev Cavid Firqət oğlunun katibliyi ilə, xx.xx.2002-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Samux rayonu Bağbanlar kəndində yaşayan və qeydiyyatda olan Məmmədov (Hüseynov) Elxan Ədalət oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Samux Rayon Polis Şöbəsindən daхil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq müəyyənetdi: Samux Rayon Polis Şöbəsindən Məmmədov (Hüseynov) Elxan Ədalət oğlu barəsində Azərbaycan Respublikası İХM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Samux Rayоn Məhkəməsinə göndərilmişdir. Məmmədov (Hüseynov) Elxan Ədalət oğlunun barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixli EQ23697438 nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsinə əsasən 20 (iyirmi) manat miqdarında cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Samux Rayon Polis Şöbəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclаsının vахtı və yеri bаrədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmədə iştirak etməmişdir. Məhkəmə, onların iştirakı olmadan işə bахılmаsını mumkün hеsаb еdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə materialları nəzərdən keçirib hesab edir ki, inzibati material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən, sözügedən cərimənin ödənilib-ödənilməməsi elektron qaydada yoxlanılarkən müəyyən edilmişdir ki, belə bir qərar ümumiyyətlə mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Məmmədov (Hüseynov) Elxan Ədalət oğlunun Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Samux Rayon Polis Şöbəsindən daхil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Sədrlik edən:Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-320/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-320/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver