Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-328/2024 28.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, baş leytenantı X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Samux rayonu Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Samux rayonu Sərkar kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Samux rayonu İcra Hakimiyyətinin qarşısında uca səslə nəlayiq ifadələr işlətmiş, bu zaman onu nizamintizama dəvət edən polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X6 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, həmin protokolu Samux RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X1 raportu əsasında tərtib etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə polis serjantı Həsənov Zahir və polis serjantı X5 ilə xidmətdə olan zaman Samux Rayon İcra Hakimiyyətinin qarşısında təxminən 18:30 radələrində bir nəfər şəxsin səs küy salaraq, ucadan danışdığını və nəlayiq ifadələr işlətdiyini görmüşlər və həmin şəxsə yaxınlaşaraq onun əlində olan kapron qabın içərisindəki mayenin benzin (yandırıcı maddə) olduğunu görmüşlər. Onu nizam intizama dəvət etsələr də şəxs əməlini davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır. Adı sonradan onlara məlum olan Samux Rayon, Sərkar kənd sakini Şəxs pols şöbəsinə gətirirək onu növbətçi hissəyə təhvil vermişlər. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, İcra Hakimiyyətinin qaşısında olan oturacaqda oturmuş və yanındakı qabda benzin olmuşdur. Onun məqsədi işlə təmin olunmaq olmuşdur. O və qardaşı müharibə iştirakçıları olub, hazırda qardaşı ölüb. Himayəsində körpə uşaqları var. Həmin gün yüngül dərəcəli sərxoş olduğu üçün sözügedən əməli törətmiş, hazırda əməlindən peşmandır,ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X2 ifadə verərək bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə digər polis yoldaşı ilə xidmətdə olarkən Samux Rayon İcra Hakimiyyətinin qarşısında təxminən 18:30 radələrində bir nəfər şəxsin səs küy salaraq, ucadan danışdığını və nəlayiq ifadələr işlətdiyini görmüşlər və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun içkili olduğunu və əlində olan kapron qabın içərisindəki mayenin benzin (yandırıcı maddə) olduğunu anlamışlar. Onu nizam intizama dəvət etsələr də şəxs əməlini davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır. Şəxs pols şöbəsinə gətirirək onu növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin İTBnin polis serjantı X5 şahid M.Alahhverdili ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:50-də aparılmış müayinə nəticəsində Şəxs alkoqolun konsentrasiyasının 0,8 promil olduğu, onda yüngül dərəcəli alkoqol sərxoşluğu olduğu müəyyən edilmişdir. Şəxs ictimai qaydanın mühafizəsi üzrə öz vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol, özünün etiraf edici ifadəsi və şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Buna görə də Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə inzibati tənbeh edilməlidir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1. maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Şəxs səmimi peşmançılığı, onun vətən müharibəsi iştirakçısı olması məsuliyyətini yüngülləşdirən hal hesab edilir, onun sözügedən əməli törədərkən sərxoş olması məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-328/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-328/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver