Məhkəmə qərarları › İş №3(058)-329/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-329/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-329/2024 28.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə ayrı-ayrılıqda MN № ******* saylı və MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək ayrı-ayrılıqda Samux Rayon Məhkəməsinin dəftərxanasına təqdim olunmuşdur. Samux Rayon Məhkəməsinin dəftərxanası tərəfindən həmin inzibati protokollar 2 ayrıca iş kimi qeydiyyata alınmı və hakim icraatına verilmişdir. Məhkəmə hesab edir ki, sözügedən protokollarda göstərilən əməllərin şəxs tərəfindən eyni vaxtda törədildiyi qeyd olunduğundan və işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğundan həmin inzibati materiallar bir icraatda birləşdirilməli və bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 34.2 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Samux Rayon Polis Şöbəs tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, MN № ******* saylı və MN № ******* saylı İnzibati Xəta haqqında protokollarla bağlı 3(058)- 328/2024 saylı inzibati xəta haqqında iş və 3(058)-329/2024 saylı inzibati xəta haqqında iş bir icraata birləşdirilsin. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar