Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-330/2024 29.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Samux RPŞ-nin polis sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1994-cü ildə Samux rayonun Kolayır kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Samux rayonunda Kolayır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Samux RPŞ-nin polis sahə rəisi, polis leytenantı X7 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Samux RPŞ-nin polis sahə rəisi, polis leytenantı X7 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Samux rayonu Kolayır kəndində həmkəndlisi X3 döymüşdür. Bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Samux RPŞ-nin polis sahə rəisi, polis leytenantı X7 izahatında bildirdi ki, onun icraatına Şəxs X4 xəsarət yetirməsinə dair material daxil olmuşdur. Buna görə Şəxs barəsində onun İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Göstərilənlərə əsasən Şəxs törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, onun uşağının təhsil aldığı məkətbdə müəllimənin çantasından pul oğurlandığı üçün onu məktəbə dəvət etmişlər. Məktəbdə həmin oğurluqla bağlı müzakirə aparılmışdır. Bu zaman valideynlərdən X6 onu təhqir etdiyi üçün onların arasında mübahisə yaranmış və o, masanın üzərindəki içərisində qələmlər olan qələm qabını Turanə Süleymanovaya atmış, daha sonra isə əsəbdən huşunu itirdiyi üçün nələr baş verdiyindən xəbəri olmamışdır. Barəsində aparılan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, uşaqların məktəbdə elədikləri səhvə görə o, məktəbə getmiş, valideynlərdən Şəxs ilə aralarında mübahisə yaranmış, bu zaman Şəxs qələm qabını ona atmış, qələm qaının ona zərbə ilə dəyməsi nəticəsində onda xəsarət yaranmışdır. Ona görə də Şəxs məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 25 oktybar 2024-cü il tarixli 233 saylı ekspert rəyindən məlum olur ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol saidin sıyrığıdır ki, bu xəsarət - bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 22 noyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X5 və X8 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onların barəsində həmin maddədə nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi və gələcəkdə baş verə biləcək cinayət hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin görülməsi məsələsinə baxılması üçün qərarın surəti Samux RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin ifadələri və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözügedən tarixdə Turanə Süleymanova ilə mübahisə etdiyini və ona küt əşya atmasını etiraf etmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyi ilə X1 25 oktybar 2024-cü il tarixdə dərəcəsi təyin edilməyən xəsarətlər alması müəyyən edilir. Məhkəmə tərəfindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs M. İsmayılovanın ifadəsində 25 oktybar 2024-cü il tarixdə T.Süleymanova ilə mübahisə etdiyinə dair bildirdiyi xüsusatla həmin tarixdə T.Süleymanovanın bədənində müəyyən xəsarətlərin əmələ gəldiyini göstərilən ekspert rəyi birlikdə sübut kimi dəyərləndirilmiş və həmin sübutların məcmusu ilə Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İXM-nin 157-ci maddəsi üzrə şəxsin inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, törədilməsi hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-330/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-330/2024
29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver