Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-331/2024 29.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə Samux RPŞ-nin polis sahə rəisi, polis leytenantı X3, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il Samux rayonun Alıncalı kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Samux rayonun Kolayır kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux RPŞ-nin polis sahə rəisi, polis leytenantı X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Samux rayonu Kolayır kəndində həmkəndlisi X4 döymüşdür. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Samux RPŞ-nin polis sahə rəisi, polis leytenantı X9 izahatında bildirdi ki, onun icraatına Şəxs X5 xəsarət yetirməsinə dair material daxil olmuşdur. Buna görə Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Göstərilənlərə əsasən Şəxs törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, mübahisə qızı ilə Turanə arasında baş verib, qızı əsəbləşərək huşunu itirdiyindən bu zaman o, emosianal halda əlində olan karton stəkanı X5 tərəf atmış, lakin karton stəkan ona dəyməmişdir. O, Turanəyə heç bir xəsarət yetirməyib. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirdi ki, Şəxs, qızı ilə onun arasındakı mübahisə zamanı içində isti su olan su stəkanını ona tərəf atmış, ona qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X15 bildirdi ki, o, mübahisənin baş verdiyi məktəbdə işləyir. Valideynlərdən Məhəbbət və Turanə arasında məktəbdə mübahisə baş vermişdir. Məhəbbət mübahisə zamanı əsəbləşərək huşunu itirmiş, bu zaman onun anası Şəxs X1 stəkan atmış, lakin stəkan ona dəyməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Zeynalova AidəTelman qızı bildirdi ki, o, mübahisənin baş verdiyi məktəbdə işləyir. Valideynlərdən Məhəbbət və Turanə arasında məktəbdə mübahisə baş vermiş, Məhəbbət stolun üstündəki qələm qabını Turanəyə tərəf atmış, daha sonra əsəbləşərək huşunu itirmiş, bu zaman onun anası Şəxs X1 stəkan atmış, lakin stəkan ona dəyməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: 22 noyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.X6 və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi və gələcəkdə baş verə biləcək cinayət hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin görülməsi məsələsinə baxılması üçün qərarın surəti Samux RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. 25 oktybar 2024-cü il tarixli Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 25 oktybar 2024-cü il tarixli 233 saylı ekspert rəyindən məlum olur ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol saidin sıyrığıdır ki, bu xəsarət - bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, iş materiallarında olan məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin 25 oktybar 2024-cü il tarixli 233 saylı ekspert rəyində zərərçəkmiş şəxsə yetirilən xəsarətin məhz Şəxs tərəfindən yetirilməsi öz təsdiqini tapmamışdır. Belə ki, zərərçəkmiş şəxsə yetirilən xəsarətin Şəxs qızı, yəni digər iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 tərəfindən yetirildiyi öz təsdiüqini taparaq onun barəsində məhkəmənin qərarı inzibati tənbeh tətbiq olunmuşdur. Şəxs əməlində isə İXM-nin 157-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-331/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-331/2024
29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver