Məhkəmə qərarları › İş №3(058)-343/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-343/2025

21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-343/2025 21.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X11 Şöbəsinin 07 fevral 2025-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X11 Şöbəsinin 07 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhər DYPŞ Yol Patrul Xidməti X2 xx.xx.2025-ci il tarixli qərarı ilə barəmdə İnzibati Xətalar Məcəlləsinin 342.3 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Hesab edir ki, Gəncə şəhər DYPŞ Yol Patrul Xidməti X2 xx.xx.2025-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.3 və 327.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməmiş, yəni tərindən yol hərəkət qaydalarına tam əməl edilmiş, idarə etdiyi nəqliyyat vasitəsinə isə hər hansı bir avadanlıq quraşdırmamış və ya dəyişdirməmişdir. Lakin bu halı təsdiq edən sübut olmamasına, yəni məhz onun həmin inzibati xətani törətməyimə dair video görüntü olmamasına baxmayaraq, onun barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Hazirki iş üzrə qərarın sürətini rəsmi qaydada ona göndərilmədiyi üçün və həmin qərardan bu yaxınlarda yəni, 02 may 2025-ci il tarixdə məlumatı olduğundan şikayət ərizəsi ilə indi məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətci X5 bildirdi ki, ona yazılmış cərimə əsassızdır. O, heç bir xətanı törətməmişdir. Məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X12 şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X11 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan Gəncə şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş 07 fevral 2025-ci il tarixli İXP ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X5 tərəfindən 07 fevral 2025-ci il tarixdə, saat 11:15-də Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 342.3-cüı maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan Gəncə şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru polis serjantı X6 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 07 fevral 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 342.3-cü və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 500 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, X3 şikayətində inzibati tənbeh vermə haqqında elektron qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü və 327.1-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X3 təqsiri təsdiq olunur. Beləliklə də, X3 barəsində tərtib edilmiş 07 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X12 Şöbəsinin 07 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X12 Şöbəsinin 07 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X12 Şöbəsinin 07 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar