Məhkəmə qərarları › İş №3(058)-345/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-345/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-345/2025 30.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Samux Rayon Prokurorluğunun nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Samux Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Samux rayon prokuroru Könül Ələsgərova tərəfindən xx.xx.2025-ci il tarixdə qərar qəbul edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Samux Rayon Prokurorluğunun nümayəndəsi X3 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində X1 məxsus Samux rayon Nəbiağalı qəsəbəsi ərazisində “Qarasaqqal adlanan yerdə yerləşən fermaya qanunsuz daxiol olaraq oğurluq etmiş, bu zaman fermada olan kameraların yaddaş aparatlarını sındıraraq 1600 manat maddi ziyan vurmuş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Vuruluş zərərin məbləği sadəcə zərərçəkmiş şəxsin ifadəsi ilə müəyyən edilmiş, zərərin həcminin müəyyən edilməsi üçün hər hansı ekspertiza təyin edilməmiş və ya mütəxəssis rəyi alınmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta haqqında material natamam olduğu üçün Samux Rayon Prokurorluğuna geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materialdan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vurmuş olduğu zərərin həcmini (məbləğini) müəyyən etmək mümkün deyil, buna dair hər hansı bir sübut iş materiallarında mövcud deyil. Halbuki vurulmuş zərərin həcmi (məbləği) inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən (şəxs barəsində inzibati tənbeh tətbiq olunacağı təqdirdə) mühüm əhəmiyyət kəsb etdiyindən mütləq qaydada müəyyən edilməli və buna dair inzibati xəta haqqında materiala sübut əlavə edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Samux Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında material Samux Rayon Prokurorluğuna geri qaytarılsın. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar