Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-369/2025 05.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X14 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Samux rayonu, Qarayeri qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olan Bakı şəhəri, Mehdiabat qəsəbəsində yaşayan Şəxs, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Samux rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 05 iyun 2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında toplanmış material məhkəməyə daxil olmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(058)-203/2022 nömrəli icra sənədinə əsasən borclu Şəxs 16790 manat pul və 200 manat dövlət rüsumu tutularaq, tələbkar X3 xeyrinə ödənilməlidir. Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(058)-381/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs hər ay hər uşaq üçün 150 manat cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar, X6 xeyrinə ödənilməlidir. Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(058)-418/2021 nömrəli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə üzrə əsas borc kimi 1060 manat və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı X8 xeyrinə ödənilməlidir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(058)-337/2022 nörməli icra sənədinə əsasən cavabdehlər X4 və Şəxs müştərək qaydada xx.xx.2019-cu il tarixli, 0343 saylı kredit müqaviləsi üzrə 2220 manat əsas, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2300 manat əsasolmaqla. cəmi 4520 manat borc və 66 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədlərinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədlərinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 bildirdi ki, alimentə dair icra sənədi üzrə hər iki uşaq yetkinlik yaşına çatmış, lakin hazırda borclu Şəxs aliment borcu 1450 manat təşkil edir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs borcu 16990 manat təşkil edir. Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs borcu 1090 manat təşkil edir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs borcu 2585 manat təşkil edir. Borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, heç yerdə işləmir maddi imkanı yoxdur. Əgər ona vaxt verilsə borcunu ödəyəcəkdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X9 bildirdi ki, borclunun 1450 manat aliment borcu vardır. Borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(058)-203/2022 nömrəli icra sənədinə əsasən borclu Şəxs 16790 manat pul və 200 manat dövlət rüsumu tutularaq, tələbkar X3 xeyrinə ödənilməlidir. Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(058)-381/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs hər ay hər uşaq üçün 150 manat cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar, X6 xeyrinə ödənilməlidir. Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(058)-418/2021 nömrəli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə üzrə əsas borc kimi 1060 manat və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı X8 xeyrinə ödənilməlidir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(058)-337/2022 nörməli icra sənədinə əsasən cavabdehlər X4 və Şəxs müştərək qaydada xx.xx.2019-cu il tarixli, 0343 saylı kredit müqaviləsi üzrə 2220 manat əsas, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2300 manat əsasolmaqla. Cəmi 4520 manat borc və 66 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmədə Şəxs Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü seçilməli və həbsin əvvəli 05 iyun 2025-ci il tarixdən saat 15:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 05 iyun 2025-ci il tarixdən saat 15:10-dan hesablansın. Qərarın icrası Samux rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-369/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-369/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver