Məhkəmə qərarları › İş №3(058)-382/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-382/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-382/2025 11.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi inzibati orqanın nümayəndəsi X3 iştirakı ilə, Samux Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Rayon Polis Şöbəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək sözügedən qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə əmisi oğlu X13 rayonunun Qırmızı-Samux kəndə gedərkən maşının ışıqlarında nasazlıq yarandığı üçün əmisi oğlu X5 idarə etdiyi VAZ 21074 minik markalı **-DD-*** dövlət qeydiyyat nömrəli avtomobili yolun sağ tərəfində dayandırmış, avtomobildən düşərək arxa işıqları yoxlamış və ona sükan arxasına keçərək tormoz verməsini xahiş etmişdir. O sükan arxasında olan zaman yolun əks istiqamətindən gələn yol patrul xidmətinin 612 nömrəli avtomaşını saxlamış və maşınlarında oturaraq onları sorğu suala tutmuşdurlar. Əmisi oğlunun sürücülük vəsiqəsi soruşduqları zaman o özünün sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. Bu zaman polis əməkdaşları sürücülük vəsiqəsi olmaması səbəbindən maşının şöbəyə gedəcəklərini və orada Azər müəllimin onları gözlədiklərini bildirmişdilər. Şöbəyə getdikləri zaman onun sükan arxasında oturma səbəbi olaraq avtomobildə yaranan tormoz ışıqlarındakı problem olduğunu bildirmişlərdir, hadisə ilə bağlı sübüt istədikləri zaman video olduğunu desələr də həmin videoda polis əmakdaşlarının nalayiq ifadələri olması səbəbindən videonu onlaraq təqdim etməmişdirlər. Polis əməkdaşları öz vəzifə səlahiyyyətlərindən istifadə edərək ona xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli protokol yazaraq ona 200 manat əmisi oğluna isə 60 manat cərimə yazmışlar. Samux rayon polis şöbəsinin əməkdaşı polis kapitanı X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 332.2 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilərək ona xx.xx.2025-ci il tarixli, yol hərəkəti qaydaları,yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaları pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar vermişlər. Bununla əlaqədər polis kapitanı X8 tərəfindən tərtib edilmiş inzibati tənbeh haqqında qərarla təqsirli bilinməsi əsassızdır. Buna görə də sözügedən qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi X6 bildirdi ki, o, digər polis əməkdaşları ilə birlikdə xidməti fəaliyyətdə olan zaman VAZ 21074 minik markalı **-DD-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edən sürücü yolda polisin xidməti avtomobilini görən kimi idarə etdiyi avtomobili yolun kənarına çəkərək saxlamış və bu zaman sürücünün yanında əyləşən şəxs dərhal avtomobildən düşərək avtomobilin arxasına keçmiş və sanki avtomobildə nasazlıq yaranıb təsüratı yaratmağa çalışmışdır. Onlar sözügedən avtomobilə yaxınlaşdıqda sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsinin olmadığını müəyyən etmişlər və aydın olmuşdur ki, sükan arxasındakı şəxs avtomobilin mülkiyyətçisi Eşqin Qliyevin qohumu Vahib Quliyev adlı şəxsdir. Buna görə də hər ikisinin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin pozulmasına görə Samux Rayon Polis Şöbəsi tərəfindən inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən, qərardan şikayət vermiş şəxs X9 izahatında bildirmişdir ki, sözügedən tarixdə avtomobillə gedərkən avtomobildə texniki nasazlıq yarandığı üçün əmisi oğlu Eşqin avtomobili yolun kənarına çəkmiş, o isə sükan arxasında əyləşmiş və Eşqin avtomobilin arxa tərəfinə keçərək avtomobili itələmək istəmişdir. Bu zaman polis əməkdaşları onları görmüş və onlara yaxınlaşmış, həmin vaxt sükanın arxasında onun olduğunu görmüşlər. Onun sürücülük hüququ olmadığı üçün həm onun, həm də əmisi oğlu E.Quliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin pozulmasına görə Samux Rayon Polis Şöbəsi tərəfindən inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Lakin sözügedən qərar əsassızdır və ləğv olunmalıdır. Məhkəmə inzibati orqanın nümayəndəsinın izahatını dinləyərək, qərardan şikayət vermiş şəxsin öncəki məhkəmə iclasında verdiyi izahatını nəzərə alaraq, iş materiallarını və təqdim olunmuş sübutu tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 İXM-in 327.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 200 manat inzibati cərimə edilmişdir. İnzibati orqanın nümayəndəsi tərəfindən sübut qismində məhkəməyə təqdim olunan və məhkəmə iclasında tədqiq edilən video-görüntüdən görünür ki, VAZ21074 minik markalı, **-DD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkədə olarkən avtomobili idarə edən sürücü yolda polisin xidməti avtomobilini görən kimi avtomobili yolun kənarına çəkərək saxlayır və bu zaman sürücünün yanında əyləşən şəxs dərhal avtomobildən düşərək avtomobilin arxasına keçir, polis əməkdaşları sözügedən avtomobilə yaxınlaşaraq sükan arxasında olan şəxsin X10 adlı şəxs olduğunu və onun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını müəyyən edirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qərardan şikayət verən şəxs X9 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan qohumu X7 məxusus avtomobili idarə etmişdir. Bu hal inzibati orqanın məhkəməyə sübut qismində təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunan video-görüntü, həmçinin qərardan şikayət verən şəxsin izahatında qeyd etdiyi xüsusatlarla öz təsdiqini tapmışdır. Belə olan halda X9 həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində qeyd olunan inzibati xətanı törətmişdir. Ona görə də X1 qərardan şikayəti onun əsassız arqumentlərindən və mülahizələrindən ibarət olmaqla təmin olunması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Samux Rayon Polis Şöbəsi tərəfindən X9 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar