Məhkəmə qərarları › İş №3(058)-383/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-383/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-383/2025 11.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi inzibati orqanın nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikası Samux Rayon Polis Şöbəsi X20 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 RPS DYP tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək sözügedən qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Samux-Qırmızı-Samux istiqamətində idarə etdiyi VAZ 21074 minik markalı **-DD-*** dövlət qeydiyyat avtomaşını yolun sağ tərəfində tormoz işıqlarında problem yarandığı üçün saxlamış və düşüb maşının arxa tərəfinə keçmiş maşında olan əmisi oğlu X7 şofer tərəfə keçərək maşına tormoz verməsini xahiş etmişdir. Həmin vaxt əks tərəfdə hərəkət edən polis əməkdaşları maşını dayandırmış və ondan avtomobilin kimin olduğunu soruşmuş o isə avtomobilin onun olduğunu və sürücülük vəsiqəsinin olduğunu bildirdirmişdir. Polis əməkdaşları rolun arxasında əmisi oğlunun olması səbəbindən ondan vəsiqəsini istəmişlər bu zaman X2 vəsiqəsinin olmadığı bildirmişdir. Polislər avtomobilin dayanacağa getməli olduğunu və şöbədə sübutların olduğunu bildirmişdirlər. O, maşını yolun kənarında saxladığı üçün videoda polislər ona nalayiq söyüşlər etdiyi ücün videonu gizlədirlər. Şöbədə o əmisi oğlunun maşını idarə etmədiyini bildirmişdir. Polis əməkdaşları öz vəzifə səlahiyyyətlərindən istifadə edərək ona xx.xx.2025-ci il tarixdə İXP7164600 nömrəli protokol yazıblar avtomobili nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxsə verməsinə görə Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 335.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilərək ona 60 manat, əmisi oğlu X7 isə 200 manat cərimə etmişdilər. Bundan sonra o xx.xx.2025- ci il tarixli, Yol hərəkəti qaydaları,yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar vermişlər. Həmin qərar Samux rayon polis şöbəsinin əməkdaşı polis kapitanı X10 qəbul etmişdir. Bununla əlaqədar heç bir sübut yoxdur. Bununla əlaqədər polis kapitanı X16 tərəfindən tərtib edilmiş inzibati tənbeh haqqında qərarla təqsirli bilinməsi əsassızdır. Buna görə də sözügedən qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi X8 bildirdi ki, digər polis əməkdaşları ilə birlikdə xidməti fəaliyyətdə olan zaman X9 məxsus avtomobili idarə edən sürücü yolda polis avtomobilini görən kimi idarə etdiyi avtomobili yolun kənarına çəkərək saxlamış və bu zaman sürücünün yanında əyləşən Eşqin Quliyev dərhal avtomobildən düşərək avtomobilin arxasına keçmiş və sanki avtomobildə nasazlıq yaranıb təsüratı yaratmağa çalışmışdır. Onlar sözügedən avtomobilə yaxınlaşdıqda sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsinin olmadığını müəyyən etmişlər və aydın olmuşdur ki, sükan arxasındakı şəxs E.Quliyevin qohumu Vahib Quliyev adlı şəxsdir. Buna görə də hər ikisinin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin pozulmasına görə Samux Rayon Polis Şöbəsi tərəfindən inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən, qərardan şikayət vermiş şəxs X11 izahatında bildirmişdir ki, sözügedən tarixdə avtomobillə gedərkən avtomobildə texniki nasazlıq yarandığı üçün o, avtomobili yolun kənarına çəkmiş, əmisi oğlu Vahib Quliyev sükan arxasında əyləşmiş və o da avtomobilin arxa tərəfinə keçərək avtomobili itələmək istəmişdir. Bu zaman polis əməkdaşları onları görmüş və onlara yaxınlaşmış, həmin vaxt sükan arxasında əmisi oğlu V.Quliyev olduğunu görmüşlər. V.Quliyevin sürücülük hüququ olmadığı üçün onların hər ikisinin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin pozulmasına görə Samux Rayon Polis Şöbəsi tərəfindən inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Lakin sözügedən qərar əsassızdır və ləğv olunmalıdır. Qərardan şikayət vermiş şəxs X9 hazırki məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati orqanın nümayəndəsinın izahatını dinləyərək, qərardan şikayət vermiş şəxsin öncəki məhkəmə iclasında verdiyi izahatını nəzərə alaraq, iş materiallarını və təqdim olunmuş sübutu tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2025ci il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X11 İXM-in 335.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 60 manat inzibati cərimə edilmişdir. İnzibati orqanın nümayəndəsi tərəfindən sübut qismində məhkəməyə təqdim olunan və məhkəmə iclasında tədqiq edilən video-görüntüdən görünür ki, VAZ21074 minik markalı, **-DD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkədə olarkən avtomobili idarə edən sürücü yolda polisin xidməti avtomobilini görən kimi avtomobili yolun kənarına çəkərək saxlayır və bu zaman sürücünün yanında əyləşən şəxs dərhal avtomobildən düşərək avtomobilin arxasına keçir, polis əməkdaşları sözügedən avtomobilə yaxınlaşaraq sükan arxasında olan şəxsin X13 adlı şəxs olduğunu və onun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını müəyyən edirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qərardan şikayət verən şəxs X3 vaxt nəqliyyat vasitəsini özü idarə etməmiş, avtomobili onun əmisi oğlu X12 idarə etmişdir. Bu hal inzibati orqanın məhkəməyə sübut qismində təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunan video-görüntü, həmçinin qərardan şikayət verən şəxsin izahatında qeyd etdiyi xüsusatlarla öz təsdiqini tapmışdır. Belə olan halda X11 həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətmişdir. Ona görə də X1 qərardan şikayəti onun əsassız arqumentlərindən və mülahizələrindən ibarət olmaqla təmin olunması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Samux Rayon Polis Şöbəsi tərəfindən X6 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar