Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-387/2025 04.09.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Samux Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Monitorinq şöbəsindən daxil olmuş 3-33-1100/019/010262 nömrəli xx.xx.2025ci il tarixli raporta əsasən “Palıd-2015" MMC (VÖEN:**********) ünvanına idxal olunan və **********6808 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş “döşəmə üçün keramik plitələr” adlı (Kafel 30*90) mallara ünvan 1 ünvanında yerləşən gömrük anbarında (anbar kodu:**********-16011) 7 aprel 2025-ci il tarixdə baxış həyata keçirilən zaman gömrük bəyannaməsində “döşəmə üçün keramik plitələr” adlı yükün sayının 607 qutu (həcmi 819.45 m2) qeyd edildiyi halda 1051 qutu (həcmi 1418.85 m2) olduğu müəyyən edilmiş və bununla bağlı müvafiq protokol tərtib edilmişdir. Qeyd edilən raporta əsasən gömrük orqanına bəyan olunmayan 444 qutu (599.4 m2) mal AA950651 saylı gömrük stikeri ilə təminat altına alınmış, bəyan edilən 607 qutu (819.45 m2) mallar isə idxalatçının nümayəndəsinə təhvil verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X2 xx.xx.2025-ci il tarixində izahatı alınmışdır. O, izahatında göndərən şirkət düzgün sənədləri göndərmədiyindən bu halın baş verdiyini, Özbəkistana göndərilən malla “Palıd- 2015" MMC-ə (VÖEN:**********) göndərilən malın qarışıq salındığını bildirmişdir. İnzibati xətanın bilavasitə obyekti olan malların qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33- 1100/2-001584/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubla “Azərekspertiza” Birliyinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. “Azərekspertiza” Birliyindən xx.xx.2025-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 108 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 8031.96 manat olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, “Palıd-2015" MMC (VÖEN:**********) tərəfindən gömrük orqanına düzgün bəyan olunmayan malların olan bazar dəyəri 8031.96 manat təşkil edir. İnzibati xəta törətməkdə təqsirləndirilən hüquqi şəxs Şəxs MMC-nə və inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər (səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər). Məhkəmə işə hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli **********6808 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, 31-ci qrafada olan malların təsvirində döşəmə üçün keramik piltələr; Kafel (30*90) (607 qutu)-819.45 m2. kimi qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Monitorinq şöbəsinin rəisi, gömrük xidməti kapitanı Hidayət Hüseynzadə xx.xx.2025-ci il tarixli raportundan görünür ki, "xxxx" MMC (VÕEN:**********) adına idxal olunan və xx.xx.2025-ci il tarixli **********6808 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "döşəmə üçün keramik plitələr" adlı mallara ünvan 1 ünvanında yerləşən gömrük anbarında (anbar kodu: **********-16011) 7 aprel 2025-ci il tarixdə baxış həyata keçirilmişdir. Malların yoxlanılması zamanı bəyannamədə "döşəmə üçün keramik plitələr" adlı yükün sayının 607 qutu (həcmi 819.45 m²) qeyd edilsə də, əslində 1051 qutu (həcmi 1418.85 m²) olduğu müəyyən edilmiş və bununla bağlı müvafiq protokol tərtib edilmişdir. Bəyan olunmayan 444 qutu (599.4 m2) mal AA950651 saylı gömrük stikeri ilə təminat altına alınmış, bəyan edilən 607 qutu (819.45 m2) mal isə XİF iştirakçısının nümayəndəsinə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli “Malların və X1 Haqqında” protokoldan görünür ki, **********6808 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı həmin bəyannamə üzrə mallar kafel (30*90) mallar 607 qutu (həcmi 819.45 m2) qeyd edildiyi halda 1051 qutu (həcmi 1418.85 m2) olduğu müəyyən edilmiş, bəyan olunmayan 444 qutu (599.4 m2) kafel AA950651 saylı gömrük stikeri ilə təminat altına alınmış, bəyan edilən 607 qutu (819.45 m2) mallar isə idxalatçının nümayəndəsinə təhvil verilmişdir. 01 may 2025-ci il tarixli 108№ Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilən ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 444 qutu (599,4 m2) “döşəmə üçün keramik plitələr” adlı malın (Kafel 30*90) xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 8031.96 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 482.2. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********6808 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsinin 31-ci qrafasında malların təsvirində döşəmə üçün keramik piltələr; Kafel (30*90) (607 qutu)-819.45 m2. kimi qeyd edilmişdir, lakin 444 qutu (599.4 m2) mal bəyan edilməmişdir. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin 30 faizi miqdarında yəni, 2409,30 manat məbləğində cərimə edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 faizi miqdarında, yəni 2409,30 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-387/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-387/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver