Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-388/2025 14.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 11 iyun 2025-ci il tarixli, EQ 28493855 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 11 iyun 2025-ci il tarixli, EQ 28493855 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində DİN-nin Baş X6nin xx.xx.2025ci il tarixli EQ 28493855 saylı elektron qərarına əsasən Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqaməti ilə özünə məxsus “55111” “KAMAZ” markalı dövlət nömrə nişanı “**-BH-***” olan yük avtomobili ilə hərəkətdə olarkən İXM-nin 353.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 manat cərimə edilmişdir. Belə ki, onun işlədiyi "xxxx" ASC-nin buraxılış sənədinə əsasən maşınının boş tarası 9 ton 800 kq-dır. Maşına vurduğu yük isə 15 ton 940 kq-dır. Ümumi çəkisi isə 25 ton 740 kq-dır. Ancaq ona göndərilmiş inzibati tənbeh vermə haqqında elektron qərarda 27 ton 840 kq göstərilmişdir ki, bu da 2 ton ağırdır. Ona rəsmi şəkildə verilmiş, möhürlənmiş buraxılış vərəqəsində göstərilən çəki 2 ton artırılmaqla barəmdə məlum inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və mən 1200 manat cərimə edilmişəm. onun şikayətinə əlavə etdiyi "xxxx" ASC buraxılış sənədi ilə onun yükü 25 ton 740 manat müəyyən edilmişdir. Bu isə onu sübut edir ki, barəsində tərtib edilmiş elektron qərarın hüquqi əsası yoxdur. Onun əməlində İXM-nin 353.5-ci maddəsinin tərkibi yoxdur. Ona görə də barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş EQ 28493855 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətci X3 məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin polis polkovnik-leytenantı Elvin Aduləlizadə tərəfindən qəbul edilmiş EQ seriyalı 28493855 nömrəli, 11 iyun 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1200 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan 3C:E4.B0:E5.AC:5A nömrəli kameradan görünür ki, “KAMAZ” 55111 yük minik markalı **-BH-*** dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2025-ci il tarixdə saat 00:41-də Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqamətində maksimum kütlə 26000 kq olmasına baxmayaraq, faktiki 27840 kq kütlə ilə Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqaməti ilə hərəkətdə olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, X2 şikayətində inzibati tənbeh vermə haqqında elektron qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X2 təqsiri təsdiq olunur. Beləliklə də, X2 barəsində tərtib edilmiş 11 iyun 2025-ci il tarixli, EQ 28493855 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 11 iyun 2025-ci il tarixli, EQ 28493855 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 11 iyun 2025-ci il tarixli, EQ 28493855 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 11 iyun 2025-ci il tarixli, EQ 28493855 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-388/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-388/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver