Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-389/2025 23.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Elcan Bayramov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Samux Rayon Polis Şöbəsinin İTB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Elcan Bayramov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Samux Rayon Prokurorluğunun iş fəaliyyətini pozaraq, polisin qanuni tələbini qəsdən tabə olmayaraq qaydanı pozmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Elcan Bayramov bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs, onun anası X5 və xalası X1 Rayon Prokurorluğunun inzibati binasına daxil olaraq heç bir əsaslı səbəb olmadan yüksək səslə rayon prokurorluğunun əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətməklə rayon prokurorluğunun iş rejimini pozaraq mühafizəçisi polis nəfəri polis serjantı X4 onları nizam-intizama dəvət etməsinə baxmayaraq həmin şəxslər sonuncunun qanuni tələblərinə qəsdən tabe olmayaraq zorla rayon prokuroru, kiçik ədliyyə müşaviri X2 xidməti iş otağına daxil olub orada bu hərəkətlərinin davamı olaraq yüksək səslə nalayiq ifadələr işlədərək prokurorluğun iş rejimini pozmuşlar. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü təqsirli bilməyərək, izahatında bildirdi ki, Samux rayon prokurorluğunda istintaqı aparılan, onun təsisçisi olduğu şirkətin zərərçəkmiş qismində tanındığı cinayət işi üzrə aparılan araşdırmanın hansı mərhələdə olması barədə məlymat öyrənmək üçün dəfələrlə Samux rayon prokurorluğuna müraciə edib, lakin hər dəfə onun müraciəti cavabsız qalıb və prokuror onu qəbul etməkdən imtina edib. Ona görə də o, xx.xx.2025-ci il tarixdə anası və xalasını götürüb Samux rayon rokurorluğuna gedib, belə ki, qadınların xahişinin qadın prokuror tərəfindən nəzərə alınacağına və iş barədə məlumat almaq üçün prokurorun onları qəbul edəcəyinə ümid edib. Lakin yenə də prokuror tərəfindən onların müraciəti cavabsız qalıb. Belə olan halda onun anası və xalası mühafizəçinin qadağasına baxmayaraq prokurorun qəbuluna düşmək üçün onun otağına daxil olmuş, qadınlar qapını açmaq istəyəndə prokuror özü səsi eşidərək qapını açmış və onları içəri buraxmışdır. Daha sonra polis əməkdaşları gəlmiş və onları polis şöbəsinə dəvət etmişlər. Onlar da polisin qanuni tələblərinə tabe olaraq polis şöbəsinə getmişlər, yəni onun heç bir təqsiri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, adı ona sonradan məlum olan Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində anası və xalası ilə birlikdə Samux Rayon Prokurorluğuna gələrək, prokurorla görüşmək istədiklərini bildirmişlər. O, isə onlara prokurorun görüşmək üçün uyğun olmadığını bildirməsinə baxmayaraq, onlar icazəsiz şəkildə prokurorun otağına daxil olmuşlar. Bu hal da prokurorluqda iş rejiminin pozulmasına səbəb olmuşdur. Daha sonra polisə məlumat verilmiş, polis əməkdaşları gələrək Şəxs polis şöbəsinə dəvət etmiş, o da polisin tələbinə tabe olaraq polis şöbəsinə getmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xətaq haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli “X9 Haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş video-görüntüdən görünür ki, Şəxs və onunla birlikdə iki qadın mühafizəçinin mane olmağa çalışmasına baxmayaraq Samux rayon prokurorunun otağına daxil olurlar. Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib edilmiş protokol, şahidin ifadəsi və iş materiallarına əlavə edilmiş video görüntü ilə təsdiqini tapmışdır, lakin onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlindən yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ilk dəfə inzibati xəta törətməsini nəzərə alıb inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-389/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-389/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver