Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-39/2023 27.02.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X3, Samux Rayon Polis Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X4 iştirakı ilə, Samux RPŞ-nin polis mayoru X5 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 onun İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 400 manat inzibati cərimə olunması barədə xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan şikayət verərək, qərarın və protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Samux rayonu Qarayeri qəsəbəsində Afina restoranında dostları ilə oturub şam edən zaman Samux rayon DYP əməkdaşları Çingiz, Elnur və Sabir adlı şəxslər onların oturduğu restoran otağına girərək onu çölə çıxarmış və bildirmişlər ki, onu maşınla keçəndə görüblər. O, polis əməkdaşlarına maşını restoranın həyətində saxladığını, içkili vəziyyətdə avtomobil idarə etmədiyini, belə bir fikri olmadığını, bu səbəbdən də avtomobili idarə etməsi üçün həmkəndlisi Quliyev Nailə zəng vurub çağırdığını bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları maşını onun idarə etdiyini bildirmiş, o, polis əməkdaşlarından bununla bağlı əllərində nə sübut olduğunu soruşduqda polis əməkdaşlarının bu barədə heç bir sübutu olmamışdır. Daha sonra polis əməkdaşları maşına əyləşərək onun spirtli içki içib-içmədiyini məcburi qaydada yoxladıqdan sonra onu polis şöbəsinə aparmışlar. Həmin gündən bir gün sonra onun barəsində protokol tərtib edilmiş, həmin protokolu isə o, imza etməmişdir. Protokolda qeyd olunan vaxtda o, avtomobili idarə etməmişdir. Ona görə də barəsində tərtib edilmiş inzibati tənbeh haqqında qərar ləğv edilməli və iş üzrə inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasında X6 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, avtomobili içkili vəziyyətdə idarə etmədiyini, əsassız olaraq onun barəsində protokol tərtib edildiyini və qərar qəbul olunduğunu bildirdi. Buna görə də xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs X7 bildirdi ki, X6 xx.xx.2022-ci il tarixdə, saat 00:20-də Chevrolet Cruse minik markalı, 99VP266 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsini alkoqoldan istifadə etməklə sərxoş vəziyyətdə idarə etməklə İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun həmin inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş video disklərdəki görüntülərlə də öz təsdqini tapır. Məhkəmə qərardan şikayət vermiş şəxs X3 və protokol tərtib etmiş şəxs X4 izahatlarını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri və video görüntüləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2023-cü il tarixli TP ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 İXM-in 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə 400 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş video görüntü disklərindən görünür ki, X6 polis əməkdaşları tərəfindən maşında alkaqol testindən keçirilir, testin nəticəsində onun sərxoş vəziyyətdə olduğu müəyyən olunur, hətta polis əməkdaşları ondan işarə edərkən niyə avtomobili saxlamadığını soruşduqda o, onların işarə etdiklərini görmədiyini bildirir. İş materiallarına əlavə edilmiş alkoqol testinin nəticəsindən görünür ki, X1 vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 işıq cihazlarından istifadə qaydalarını pozduğuna və avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə İXM-in 329.3 və 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt iş materiallarına əlavə olunmuş video görüntü diski məhkəmə tərəfindən tədqiq edilərkən və qəbul edilmiş qərarla öz təsdiqini tapmışdır. Belə ki, video görüntüdə polis əməkdaşı X2 maşını saxlaması üçün işarə etdiklərində maşını niyə saxlamadığını soruşur, X6 isə onların işarə etməsini görmədiyini bildirir. Beləliklə onun bu cavabı sərxoş vəziyyətdə avtomobili idarə etdiyini təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Samux RPŞ-nin polis mayoru X5 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-39/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-39/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver