Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-4/2023 08.06.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs Şəxs iştirakı ilə, Baş X1 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ10079452 saylı inzibati tənbeh vermə haqqında qərardan Şəxs verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs onun İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 10 manat inzibati cərimə olunması barədə xx.xx.2022-ci il tarixli, EQ 10079452 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 10079452 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat cərimə edilmişdir. O həmin qərarlarla razı deyil. Belə ki, o, həmin yolda surət həddinin 70 km/saat həddində məhdudlaşdırılmasına dair yol nişanını görməmiş və yolun kənarında elə bir nişan olmamışdır. Ona görə də o, yolun həmin hissəsini həmin məhdudiyyəti bilmədən 70 km/saat həddini keçməklə avtomobili idarə etmişdir. Bu səbəbdən Baş X1 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ10079452 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Samux Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 3(058)-04/2023 saylı qərarı ilə ərizəçinin şikayəti təmin edilməmiş, vəzifəli şəxsin xx.xx.2022-ci il tarixli, EQ10079452 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Şəxs apelyasiya şikayəti verərək Samux Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli və BDYPİ-nin inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsin xx.xx.2022-ci il tarixli, EQ10079452 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarına əsasən apelyasiya şikayəti qismən təmin edilərək, Samux Rayon Məhkəməsinin 30 yanvar 2023cü il tarixli qərarı ləğv edilmiş və işin yenidən araşdırılması üçün Samux Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında Şəxs şikayət ərizəsində göstərilənlərə uyğun izahat verib bildirdi ki, onun barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar əsassızdır, yolun həmin hissəsində sözügedən məhdudiyyət nişanı olmayıb, həmin səbəbdən də o, surət həddini aşıb. Hesab edir ki, barəsində olan xx.xx.2022-ci il tarixli, EQ10079452 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Baş X1 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, onun barəsində olan xx.xx.2022-ci il tarixli, EQ10079452 saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 02 iyun 2023-cü il tarixli, EQ10079452 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 10 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs idarə etdiyi “Volksvagen” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 348-ci km-də müəyyən olunmuş 70 km/saat hərəkət sürətini 17 km/saat aşmışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu məhkəməyə təqdim etdiyi video görüntü ilə əsaslandırır və həmin video görüntüyə əsasən qeyd edir ki, yolun həmin hissəsində sürət həddinin 70km/saat həddində müəyyən edilməsinə dair yol nişanı mövcud deyil. Halbuki həmin video görüntü çox qısa müddəti əhatə edir, video görüntüdəki vaxt inzibati tənbeh vermə haqqında qərarda, həmçinin qərara əlavə olunmuş foto şəkildə qeyd olunan vaxtla üst-üstə düşmür. Şəxs şikayətinin əsası kimi istinad etdiyi dəlil qərarın əsassız olduğunu sübut etmir. Onun sözügedən inzibati xətanı törətməsi isə iş materialları ilə sübuta yetirilir. Ona görə də, məhkəmə hesab edir ki, şikayət əsaslı deyil və təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şikayət təmin edilməsin. Baş X1 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ10079452 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-4/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-4/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver