Məhkəmə qərarları › İş №3(058)-404/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-404/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-404/2025 18.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ28393750 saylı inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 onun İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 50 manat inzibati cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, EQ 28393750 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28393750 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. O həmin qərarlarla razı deyil. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 20:50 radələrində Samux rayonu H.Z Tağıyev küçəsi ərazisində ona məxsus olan Nıssan X-Trıal minik markalı **- FA-*** minik markalı, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yolda 62 km/saat sürət həddində hərəkət etmişdir. Həmin yolda sürət həddi 60 km/saat göstərilmişdir, o müəyyən edilmiş sürət həddini 2 km/saat sürət həddində aşmışdır. Digər günlərdə həmin yolda 62 km/saat sürətlə hərəkətdə olarkən isə barəsində heç bir inzibati cərimə tətbiq edilməmişdir. Bu səbəbdən Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ28393750 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən, X2 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verib bildirdi ki, onun barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar əsassızdır, yolun həmin hissəsində müəyyən edilmiş sürət həddini 2 km/saat sürət həddində aşıb. Hesab edir ki, barəsində olan xx.xx.2025-ci il tarixli, EQ28393750 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq nümayənədəsi məhkəməyə gəlməmişdir. Məhkəmə şikayətə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, qərardan şikayət verən şəxs X1 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2025-ci il tarixli, EQ28393750 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 06 iyun 2025-ci il tarixli, EQ28393750 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 İXM-nin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat inzibati cərimə edilmişdir. Həmin qərarda öz əksini tapmış, elektron sistemdən çıxarılmış foto görüntüdən görünür ki, sürət həddi 30 km/saat olan ərazidə X1 idarə etdiyi avtomobilin sürət həddi 62 km/saat olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 idarə etdiyi “NİSSAN X- TRİAL” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili Samux, H.Z. Tağıyev (Sərkar) yolunda 62 km/saat sürətlə idarə edərək sözügedən ərazidə müəyyən olunmuş 30 km/saat sürət həddini aşmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buradan da aydın olur ki, X1 şikayəti əsassızdır və onun barəsində Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ28393750 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 barəsində Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28393750 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar