Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-406/2025 18.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X8 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Prokurorluğunun nümayəndəsi X2, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Samux rayonu, Qaraağaclı qəsəbəsində kitabxanaçı işləyən, Samux rayonu, Qaraağaclı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Samux rayon Prokurorluğunun nümayəndəsi X6 məhkəmə iclasında bildirdi ki, xx.xx.2025-ci il tarixdə X5 ilə Şəxs arasında olan mübahisə zamanı Siyavuş Əliyevə məxsus “VAZ” 21013 markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili əlində olan qarmaqla baqaj hissəsini qəsdən cızmışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş əmlakı qəsdən məhv etmə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda beş min manatdan yuxarı olmayan məbləğ inzibati xətanı törətmişdir. Məhkəmədən inzibati protokolun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, özünü təqsirli bilir, zərərçəkmiş şəxs X3 dəymiş ziyanı ödəmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, ona dəyən ziyan ödənilmişdir, onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün X4 barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 30 may 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddəsində həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş Samux rayon Samux rayon Prokurorluğundan daxil olmuş Samux rayonu, Qarayeri qəsəbə sakini X1 müraciyyəti əsasında toplanmış ********* nömrəli materialdan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 232-1-ci maddəsinin tərkibi olduğundan barəsində 30 may 2025-ci il tarixdə “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərar qəbul edilmiş və onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Samux rayon Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə ki, zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, hal-hazırda Şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Azərbaycan Respublikaksı İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikaksı İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-406/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-406/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver