Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-407/2025 21.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, X1 nümayəndəsi X3, Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin inpektoru kiçik serjantı X4 iştirakı ilə, X6 Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin 17 iyun 2025-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin 17 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X11, xx.xx.2025-ci il tarixində Yol Patrul Xidməti əməkdaşı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta protokoluna əsasən cərimələnmişdir. Həmin protokola əsasən guya onun idarə etdiyi **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin atmosferə normadan artıq zərərli maddə tullantısı buraxıbdır. Lakin o, bu qərarla razı deyil və aşağıdakı səbəblərə əsaslanaraq onun ləğv olunmasını xahiş edir. Heç bir texniki sübut təqdim edilməyib. Ona qaz analizatoru ilə öçmə nəticəsi və ya texniki akt təqdim olunmayıb. Avtomobili texniki baxışdan keçmişdir. YPX əməkdaşının subyektiv fikrinə əsaslanaraq cərimə tətbiq olunub. Heç bir rəsmi cihazdan alınan nəticə göstərilməyib. Həmçinin avtomobili xx.xx.2025-ci il tarixində texniki baxışdan keçmiş və 16637295 saylı talon verilmişdir. Talon elektron olduğu üçün ərizəsinə əlavə edə bilməmişdir. Avtomobili saz olmasa bu talon verilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmdə maraqlarını qorumaq müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında qərardan rəsmi təhvil alındığı vaxtdan 10 gün müddətinə məhkəməyə şikayət edə bilərsiz. Qərar rəsmi olaraq bizə göndərilməyib. Qərarı xx.xx.2025-ci il tarixində Samux RPŞ-dən əldə etmişdir. Cərimə 07 iyun 2025-ci il tarixində baş versə də ona smslə 11 iyun tarixində məlumat verilmişdir. Elə həmin gün Daxili İşlər Nazirliyinin elektron müraciət portalı vasitəsilə müraciət etmişdir. Lakin müraciətin daxil olmasına baxmayaraq xx.xx.2025-ci il tarixində qərar qüvvəyə minmişdir. Daha sonra xx.xx.2025-ci ildə poçt vasitəsilə ona ******* nömrəli məktub gəlmişdir. Məktubda tarix 12 iyun göstərilsə də, poçt xidmətinin əməkdaşı ona 24 iyun tarixində təhvil verildiyini dedi. Məktubun məzmunu isə xx.xx.2025-ci il tarixində Samux rayon Polis Şöbəsinə dəvət idi. Həm məktubun poçta gec verilməsi həm də xx.xx.2025-ci il tarixində İXP ******* saylı protokolun qüvvəyə minməsi artıq müvafiq polis şöbəsinə getməyi heç bir köməyi olmayacağı qənaətinə gəlmişdir. “Atmosfer havasının mühafizəsi haqqında qanuna əsasən atmosferə buraxilan maddələrin texniki normativlərlə ölçülməsi və qiymətləndirilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin 2002-ci ildə təsdiqlənmiş “Atmosfer havasına atılan zərərli maddələrin dövlət uçotu və icazə verilməsi qaydaları” və 2003-cü ildə təsdiqlənmiş “Atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji qaydaları” adlı sənədlərdə ölçmə cihazlarının rəsmi qeydiyyatı və nömrəsi olması göstərilmişdir. Lakin heç bir yoxlama cihazının sənədi təqdim edilmədiyi kimi protokol belə ona təhvil verilməmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi X8 şikayət ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qərarla razı deyil onlara heç bir texniki sübut təqdim edilməmişdir. Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin 17 iyun 2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin inpektoru kiçik serjantı X9 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Samux rayonu İmamzadə yolunda reyd keçirlən zaman X7 məxsus “VAZ” 2107 markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman saxlanılmışdır. Qinyaz Ağayevə məxsus avtomobili “Atmosfer havasına atılan zərərli maddələrin dövlət uçotu və icazə verilməsi qaydaları” aparatı ilə yoxlanılmışdır. Yoxlama zamanı Qinyaz Ağayevə məxsus avtomobildə 4.43 faiz zəhərli maddə aşkar olunmuşdur. Normalda isə 3.5 faiz olmalıdır. Ona görə də, X7 07 iyun 2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Belə ki, iş materiallarında olan Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin inpektoru polis serjantı X9 tərəfindən tərtib edilmiş 07 iyun 2025-ci il tarixli İXP ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X11 tərəfindən 07 iyun 2025-ci il tarixdə, saat 17:09-da Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin polis mayoru X10 tərəfindən qəbul edilmiş 17 iyun 2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan video görüntüdən görünür ki, X11 Azərbaycan Respublikası İXMnin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 8070 nömrəli qəbzdən görünür ki, X7 məxsus “VAZ” 2107 markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobildə 4.43 faiz zəhərli maddə aşkar olunmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, X6 şikayətində inzibati tənbeh vermə haqqında elektron qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X5 təqsiri təsdiq olunur. Beləliklə də, X6 barəsində tərtib edilmiş 17 iyun 2025-ci il tarixli TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, X6 Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin 17 iyun 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin 17 iyun 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin 17 iyun 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-407/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-407/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver