Məhkəmə qərarları › İş №3(058)-41/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-41/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-41/2023 06.02.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Samux rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Samux rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Samux rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 06 fevral 2023-cü il tarixdə Samux Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Samux rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib olunmuş 04 fevral 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:50 radələrində Samux rayonu Lək kəndində ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Samux rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X6 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:50 radələrində Samux rayonu Lək kəndində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan zaman onu nizamintizama dəvət edən polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətə yol verməyəcəkdir. Ona görə də yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis Şöbəsinin CAŞ-nin əməliyyat müvəkkili X3, xx.xx.2023-cü il tarixdə Samux rayon Polis Şöbəsinin CAŞ-nin əməliyyat müvəkkili Sərxan Sadıxovla birlikdə xidmətdə olan zaman 3 nəfər adları onlara sonradan məlum olan Şəxs, X8 və X1 ucadan nalayiq ifadələr işlətdiyini və ictimai qaydanın pozulduğunu müşahidə etmişlər.Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsləri nizam-intizama dəvət etmişlər, lakin Şəxs qərəzli şəkildə öz hərəkətlərini davam etdirmiş, onların qanuni tələblərinə tabe olmamış, buna görə də, Şəxs barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 eyni məzmunlu izahat verərək, X5 izahatında göstərmiş oduğu xüsusatları təsdiq etdi. Protokol tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan şəxsin, şahidlərin ifadələrini dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs 04 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 fevral 2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 04 fevral 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 fevral 2023-cü il tarixdə saat 12:50-də inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri, özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və məsuliyyəti ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlam müddətinin əvvəli 04 fevral 2023-cü il tarixdən saat 12:50-dən hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar