Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-41/2024 29.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı X2, Samux rayon Nəbiağalı qəsəbəsi sakini Şəxs müvafiq sənədi olmadan bir ədəd “TOZ” markalı 169235- 60 nömrəli mülki silah aşkar edilməsi səbəbilə barəsində inzibati protokol tərtib edərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material Samux Rayon Məhkəmsəinə göndərilmişdir. Samux Rayon Polis şöbəsinin nümayəndəsi və Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, buna baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmişlər və yaxud işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdirlər. İş materriallarına əlavə edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində müvafiq protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Samux rayonu Nəbiağalı qəsəbəsi sakini adı sonradan onlara məlum olan Şəxs evindən 1 ədəd sənədsiz “TOZ” markalı 2 lüləli 16 çaplı 169235-60 nömrəli mülki silah aşkar olunmuşdur. Onlar həmin şəxsi barəsində müvafiq tədbir görülməsi üçün Samux RPŞ-nə dəvət etmiş və təqdim olunmuş mülki silahı növbətçi hissəyə təhvil vermişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən verilmiş izahatdan görünür ki, “TOZ” markalı 2 lüləli 16 çaplı 169235-60 nömrəli ov silahı onun mərhum babasından qalmışdır, polis əməkdaşları onun ünvanına gəlikdə o silahı könüllü olaraq onlara təqdim etmişdir. İş materiallarına əlavə edilmiş ____ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından görünür ki, Şəxs öz əməlini etiraf etmişdir. Beləliklə, Şəxs İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barəsində tərtib olunmuş protokol, iş materiallarına əlavə edilmiş onun özünün etiraf edici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 590.2-ci maddəsinə əsasən maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə, silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona məxsus silah müsadirə edilməklə 80 manat məbləğində inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Samux rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd “Toz” markalı, 2 lüləli, 16 çaplı, 169235-60 nömrəli ov tüfəngi müsadirə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-41/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-41/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver