Məhkəmə qərarları › İş №3(058)-411/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-411/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-411/2025 20.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Samux rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Göygöl rayonunda doğulmuş, orta təhsilli, evli, işləməyən, Samux rayonu Kolayır kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 11 iyul 2025-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Samux Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 izahat verərək bildirdi ki, Samux Rayon Məhkəməsinin 2(058)-859/23 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 23 sentyabr 2015-ci il tarixdə doğulmuş X2 və 07 avqust 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Borclu Şəxs həmin icra sənədi üzrə 1020 manat aliment borcu var. Məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində borcundan heçbir ödəniş etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, məhkəmə tərəfindən ona verilən vaxt ərzində borcundan maddi imkansızlıq səbəbindən ödəniş edə bilməmişdir, məhkəmə iclaslarına isə iclasların təyin olunduğu vaxtı bilmədyindən gəlməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-859/23 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 23 sentyabr 2015-ci il tarixdə doğulmuş X2 və 07 avqust 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, 2(058)-859/23 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs Samux Rayon Məhkəməsinin icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. Samux Rayon Məhkəməsinin 8(058)-1/2024 saylı xx.xx.2024-cü ilm tarixli qərardadının surətindən görünür ki, Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-859/23 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcunu tam ödəyənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-859/23 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə müəyyən olunmuş borc məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş, hazırda onun 1020 manat aliment borcu var. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək icra sənədi üzrə borcundan ödəniş etmək üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizəsini nəzərə alaraq borcu ödəməsi üçün ona vaxt vermiş və məhkəmə iclasını 28 iyul 2025-ci il tarixə saat 15:45 təxirə salmışdır. Həmin tarixdə Şəxs məhkəmə iclasına gəlməmişdir, buna görə də məhkəmənin 28 iyul 2025-ci il tarixli qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 11 avqust 2025-ci il tarixdə saat 15:15-de məhkəməyə məcburi gətirilməsi qərara alınaraq məhkəmə iclası növbəti tarixə təxirə salınmışdır. Lakin məhkəmənin sözügedən qərardadı icra olunmamış, bu səbəbdən məhkəmə tərəfindən işə baxılması bir neçə dəfə təxirə salınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasına məcburi qaydada gətirilməsinə dair müvafiq məhkəmə qərardadının icrası tələb olunmuşdur. Buna baxmayaraq məhkəmənin sözügedən qərardadı icra olunmamışdır. xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə Şəxs hazırda 1020 manat aliment borcu olmasını, onun ərizəsinə əsasən məhkəmə tərəfindən icra sənədinin icrası məqsədilə ona vaxt verilməsini, lakin buna baxmayarq onun həmin vaxt ərzində aliment borcundan heç bir ödəniş etməməsini, eyni zamanda məhkəmə iclaslarına gəlməməsini, hazırda isə məhkəmənin müvafiq axtarış qərarına əsasən polis vasitəsilə məhkməyə gətirilməsini nəzərər alaraq hesab edir ki, sözügedən bu hallar Şəxsməhkəmə qətnamsinin icrasında qərəzli şəkildə yayındığını sübut edir. Məhkəmə hesab edir ki, Samux Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:45-dən hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar