Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-414/2025 14.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X18 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakı ilə, xx.xx.1952-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, təqaüdçü, Samux rayonu, Sarıqamış kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş inzibati materiala əsasən Şəxs ictimai qaydanı tələblərini pozmuş və polisin qanunu tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, İXMin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Samux rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis leytenantı X8 protokolun məzmununa uyğun məhkəməyə izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, ümumi problemləri ilə bağlı dəfələrlə Samux rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olmağa cəhd eləsə də ancaq ona imkan verməmişlər. xx.xx.2025-ci il tarixdə də, qəbula girmək üçün Samux rayon İcra Hakimiyyətinə getmiş, sıra nömrəsi götürmüş ancaq onu yenə qəbula buraxmamışlar. Bu barədə qəbulu təşkil edən Samir müəllimə və digərlərinə iradını bildirmişdir. Ancaq onu yenə qəbula buraxmamışlar. Polis əməkdaşları ona qarşı fiziki zor tətbiq etmişlər. Onun təqsiri yoxdur və barəsində başlanılmış inzibati materialın icratına xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X9 məhkəmədən başlanılmış inzibati materialın icratına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon polis şöbəsinin kiçik serjantı X11 bildirdi ki, Heydər Əliyev parkının yaxınlığında 2 saylı postda xidmətdə olarkən növbətci hissədən məlumat daxil oldu ki, İcra hakimiyyətinə yaxınlaşın, onlar yaxınlaşaraq görmüşlər ki, Şəxs icra hakimiyyətinin qabağında yıxılaraq yerdə uzanmışdır. Təcili tibbi yardım gəlmiş və Şəxs təcili tibbi yardımdan boyun qaçırmışdır. Şəxs halı düzələnən sonra Samux rayon Polis şöbəsinə apararaq növbətci hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X5 və X12 eyni məzmunlu izahat verərək, X6 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə regional mühafizə idarəsinin əməkdaşı X12 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Samux rayon İcra Hakimiyyətinin qəbulu günü Şəxs icra hakimiyyətinə yaxınlaşaraq cənab bacının qəbuluna girmək isdədiyi bildirmişdir. O, Şəxs bildirmişdir ki, qəbula girmək üçün növbəyə durmaq lazımdır. Şəxs buna əməl etməmiş və səs-küy salmışdır. Onlar Şəxs neçə kömək etmək istədiklərini bildirmişlər, lakin Şəxs icra hakimiyyəti aparatı işcilərinin ünvanına nalayiq ifadələr işlətmiş, zorla qəbula girmək istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, Şəxs icra başçısının qəbuluna getmiş, icra hakimiyətində səs-küy salaraq, onu qəbula tez salınmasını bildirmiş, polis əməkdaşlarına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 eyni məzmunlu izahat verərək, X2 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X13 məhkəmə iclasında bildirdi ki, qəbul günü Şəxs Samux rayon İcra hakimiyyəti gələrək, icra başçısının qəbuluna girmək istəmişdir. Onlar bildirmişlər ki, qəbula növbəli şəkildə hər kəs buraxılacaq. Ona görə də növbəyə durmaq lazımdır. Şəxs buna məhəl qoymayaq, onları təhqir etmiş, Samux rayon İcra Hakimiyəti aparatı işçilərinin ünvanına nalayiq ifadələr işlətmiş və Samux rayon İcra Hakimiyətinin iş rejimini pozmuşdur. Onlar daimi Şəxs nizam intizama dəvət etmişlər ancaq Şəxs buna məhəl qoymayaraq hərərkətlərini davam etdirmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Beləliklə sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, raport və digər sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Lakin məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair hər hansısa sübut məhkəməyə təqdim edilməmişdir. Protokolu tərtib etmiş Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis leytenantı X1 Ələkbərov tərəfindən polisin qanuni tələblərinə tabesizlik göstərilməsini bildirsə də, bununla bağlı sübut məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə qeyd olunanlara əsaslanaraq onun əməlində İXM-nin 535-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş protokolda, göstərilmiş əməldə inzibati xəta tərkibinin mövcud olması sübut olunmur. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin maddə ilə tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclası zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, İXM-nin 510-cu maddəsi ilə isə inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-414/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-414/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver